“Ukraynanın sazişi imzalamaması yalnız iqtisadi çətinliklərlə əlaqədardır”
Tarix: 05.12.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının etiraz aksiyaları davam edir. Etirazçılara dəstək vermək üçün əraziyə sabiq daxili işlər naziri Yuri Lutsenko və UDAR partiyasının sədri Vitali Kliçko da gəlib. Maydanda on minlərlə insan toplaşıb və onların sayı artmaqdadır. Burada qurulan çadırlarda insanlar isinə bilər, onlara isti geyim paylanılır, yemək, çay və kofe verilir.
Hər ehtimala qarşı Maydanda Təcili tibbi yardım briqadaları növbə çəkir. Həkimlərin bildirdiyinə görə, xəsarət alanlarla bağlı hər hansı müraciət daxil olmayıb. Aksiyanın keçirildiyi meydanda təkcə Ukrayna və Avropa İttifaqının bayraqları deyil, bir sıra siyasi partiya və ölkələrin - Litva, Polşa və Gürcüstan bayraqları da var. Bu ölkələrin nümayəndələri Avropaya inteqrasiya tərəfdarlarını dəstəkləmək üçün gəliblər. Maydanda Ukraynanın müxtəlif bölgələrindən olan insanların sayı çoxalır, etirazçıları dəstəkləmək üçün hətta Rusiyanın Novosibirsk şəhərindən gələnlər də var. Sabiq daxili işlər naziri Yuri Lutsenko hamını Maydana çıxmağa səsləyib: “İndi taleyimiz həll olunur. Mən sizdən bir ata, siyasətçi və vətəndaş kimi xahiş edirəm: rəşadətli və məsuliyyətli olun. Mən sizi özünüzə, dövlətdəki rolunuza görə mübarizə aparmağa səsləyirəm”. V.Kliçko da Ukrayna xalqını yeniliklər, korrupsiyanın aradan qaldırılması naminə Avropa standartlarını dəstəkləməyə çağırıb. Qeyd edək ki, Ukraynanın baş naziri Nikolay Azarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyevdə başlayan 20-ci iclasında deyib ki, Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanmasında fasilə götürməsi yalnız iqtisadi çətinliklərlə əlaqədardır. O bildirib ki, son illər ərzində Ukrayna avrointeqrasiya yolunda böyük iş görüb və son qərarlar yalnız iqtisadiyyatla bağlıdır: “Ukrayna ticarət dövriyyəsində çətinliklə üzləşib, ona görə də əvvəlcə bu problemləri yoluna qoymaq, iqtisadi artımı bərpa etmək və daha sonra 2010-cu ildə başladığımız prosesi davam etdirmək qərarına gəldik. Bu qərar etiraz aksiyalarına səbəb oldu. İnkişaf etməkdə olan demokratiya üçün çox normal bir haldır ki, insanlar küçəyə çıxır və öz etirazlarını ifadə edirlər. Biz bunu anlayışla qarşılayırıq və etirazların dinc xarakter daşıması üçün əlimizdən gələni edəcəyik”. N. Azarov bəzi siyasi xadimlərin bu etirazlardan hakimiyyətə qarşı mübarizə məqsədilə istifadə etməsindən təəssüflənib: “Biz dialoqa hazırıq. Bütün məsələləri seçkilərdə həll etmək lazımdır. Lakin meriya, prezident iqamətgahı binaları mühasirəyə alınıb, parlamentin işi pozulub. Biz bunu müvəqqəti çətinlik sayırıq. Onlar qanunu pozur. Bu, Avropa tipli inkişaf yolu deyil”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info