ABŞ Milli Təhlükəsizlik Şurasının yapon versiyası yaradılıb
Tarix: 05.12.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Yaponiya hökuməti ABŞ Milli Təhlükəsizlik Şurasının yapon versiyasını yaradıb. Baş nazir Şinzo Abenin sədrliyi ilə şuranın ilk iclası keçirilib.
İclasda cari ay ərzində Yaponiyanın təhlükəsizlik strategiyasının işlənib hazırlanması və Şərqi-Çin dənizində Çinin birtərəfli qaydada elan etdiyi yeni hava hücumundan müdafiə zonası ilə əlaqədar atılacaq addımlar müzakirə olunub. İclasda, həmçinin Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın əmisi Çan Son Thekanın tutduğu vəzifələrdən kənarlaşdırılması barədə də fikir mübadiləsi aparılıb. Əsas məsələlərin həlli ilə bağlı qərar qəbul edəcək şuranın tərkibinə Baş nazir, xarici və müdafiə nazirləri, həmçinin Nazirlər Kabinetinin baş katibi daxildirlər. Hökumət gələn ay şuranın inzibati ofisini yaratmağı planlaşdırır. Burada 60-a yaxın əməkdaşın çalışacağı bildirilir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info