Dövlət Departamentində keçirilən brifinqdə Azərbaycanın regiondakı rolu xüsusi qeyd edilib
Tarix: 05.12.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə müavini Nişa Desai Bisval Dövlət Departamentində “ABŞ-ın Cənubi və Mərkəzi Asiyada xarici siyasətinin prioritetləri” mövzusunda brifinq keçirib. Xanım Bisval öz çıxışında ABŞ-ın Cənubi və Mərkəzi Asiya ölkələrinə münasibətdə xarici siyasətinin rolu barədə jurnalistlərə məlumat verib.
O vurğulayıb ki, region ölkələri ilə ABŞ-ın münasibətləri təkcə hökumətlərin əlaqələrinə deyil, həm də xalqların qarşılıqlı münasibətlərinə əsaslanır. N.D.Bisval qeyd edib ki, Prezident Obama Administrasiyası region ölkələrinin sıx birləşməsi yolunu ticarət və kommersiya münasibətlərinin inkişafında görür. ABŞ xarici siyasət idarəsinin nümayəndəsi bildirib ki, ABŞ Cənubi və Mərkəzi Asiya ölkələri ilə energetika, ticarət və mədəniyyətlərarası münasibətlər sahəsində əlaqələrin inkişafını davam etdirir.
AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri Azərbaycanın bu regionda əhəmiyyətinin və regionlararası layihələr üçün tranzit ölkə kimi rolunu nəzərə alaraq xanım Bisvala Azərbaycan barədə sual verib. AzərTAc-ın nümayəndəsi öz sualında Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın əhəmiyyətinin artmasını xatırladaraq soruşub: “Transxəzər layihəsinin reallaşacağına ümidlər nə dərəcədə əsaslıdır və ABŞ administrasiyası bu layihə üzrə dəstəyi artırmaq üçün nə etməlidir?” N.D.Bisval bu suala cavab verməzdən əvvəl qeyd edib ki, Qırmızı Xaç Cəmiyyətində işləyərkən Bakıda yaşayıb. Dövlət katibinin müavini Transxəzər qaz kəməri layihəsi barədə onu bildirib ki, ABŞ administrasiyası bütün region üzrə enerji layihələri və enerji sistemi arasında qarşılıqlı əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə yönəlmiş səyləri dəstəkləyir. N.D.Bisval deyib ki, bir müddətdən sonra bu suala ətraflı cavab verə bilər: “Mənim fikrimcə, enerji resursları ilə zəngin ölkələrin iqtisadi inkişaf üçün əlavə enerji resursları axtaran ölkələrlə qarşılıqlı əlaqələrinin möhkəmlənməsi bütün region üçün çox faydalıdır”.
Nişa Desai Bisval ABŞ Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya ilə münasibətlər bürosunda dövlət katibinin müavini vəzifəsinə 2013-cü il oktyabrın 21-də təyin edilib. Bundan əvvəl 2010-cu ilin sentyabr ayından ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Asiya üzrə rəhbərinin müavini vəzifəsində çalışıb, burada 22 ölkəyə 1,2 milyard dollar məbləğində maliyyə yardımı proqramlarına kuratorluq edib. Bundan əlavə, N.D.Bisval Qırmızı Xaç Cəmiyyətində işləyib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info