İraqın baş naziri İranın birinci vitse-prezidenti ilə görüşüb
Tarix: 05.12.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


İranda səfərdə olan İraqın baş naziri Nuri əl-Maliki bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri tərəfindən qəbul edilib.
Görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub. İ.Cahangiri bildirib ki, İran və İraq bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində əsas rol oynayırlar: “İran və İraqın bölgədə qarşıdurma və radikalizmə qarşı mübarizədəki rolları özünəməxsus və çox vacibdir. Ona görə də bu səfər iki ölkə arasında regional və beynəlxalq əlaqələrin daha da inkişafında təsirli rol oynayacaq”. Onun sözlərinə görə, İran Suriya böhranının yalnız diplomatik yolla həll edilə biləcəyini və bu ölkənin gələcəyinin seçkilər yolu ilə müəyyənləşdirilməsinin zəruri olduğunu düşünür: “Supergüclər tərəfindən təlim alan terrorçu qruplaşmalar dincliyi pozaraq bölgədə ölkələrinə zərər vermək məqsədi güdürlər”. Nuri əl-Maliki də öz növbəsində iki ölkə arasındakı siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu deyib: “İran və İraqın terrorizmlə mübarizə sahəsindəki rolları çox vacibdir. Bu sahədəki əməkdaşlığın daha da artırılması lazımdır”. Onun sözlərinə görə, İraqın yenidən qurulmasında İran şirkətlərinin aktiv iştirakını müsbət qarşılayırlar: “Hazırda həmin şirkətlərin fəaliyyəti üçün lazımi mühit yaradılıb”. Nuri əl-Maliki həmçinin İranın Suriya siyasətini də təqdir etdiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info