Türk xalqları ilə elmi əlaqələr genişlənəcək
Tarix: 05.12.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


AMEA Ədəbiyyat İnstitutunda Elmi Şuranın iclası keçirilib. İnstitutun mətbuat qrupunun rəhbəri Ağahüseyn Şükürovun verdiyi məlumata görə, akademik İsa Həbibbəyli institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Hicran Nəsibovanı 60 illik yubileyi münasibətilə təbrik edib, ona institutun fəxri fərmanını təqdim edib. İ.Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun türkdilli dövlətlərin Türk Akademiyası ilə bağladığı saziş haqqında danışıb, müqavilənin əhəmiyyətini qeyd edib: “Türk xalqları ilə əlaqələr genişləndirilərək birgə elmi konfranslar keçirilməli, mühacirət və diaspor ədəbiyyatının öyrənilməsində önəmli addımlar atılmalıdır”.
İnstitutun elmi katibi, professor Bədirxan Əhmədov AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında yekun hesabatla çıxış edib: “Bu il institutda 2 istiqamət, 5 problem, 18 mövzu üzrə 100-dən çox iş üzərində tədqiqat aparılıb. “Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişaf qanunauyğunluqları” elmi istiqaməti institutun əsas profilini təşkil etdiyindən, problem və mövzuların böyük bir qismi bu istiqaməti əhatə edib. Cari ildə institutun nəzdindəki Dissertasiya Şurasında 9 nəfər elmlər doktorluğu, 16 nəfər isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. Xüsusi qeyd etmək istərdim ki, son bir ay ərzində institut tarixində ilk dəfə olaraq dalbadal iki beynəlxalq müqaviləyə imza atılıb”.
İclasda AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibinin müavini, akademik Vasim Məmmədəliyev iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info