Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib
Tarix: 05.12.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


İ.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Qan Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə “Qanın milləti yoxdur! Donor ol - həyat bəxş et!” aksiyası keçirilib. Aksiyanın təşkilatçılarından biri - RAGB-nin idarə heyətinin üzvü Samir Əliyev bildirib ki, budəfəki aksiyada 250 tələbə iştirak edib. Azərbaycanlı tələbələrə universitetdə təhsil alan Malayziya, Suriya, Mərakeş, İran, İsrail, Abxaziya, Osetiya, Dağıstan, Özbəkistan, Tacikistan, Türkmənistandan olan tələbələr də qoşulublar.
Donorlar arasında K.Skrayabin adına Rusiya Dövlət Baytarlıq və Biotexnologiyalar Akademiyasının, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Rusiyanın digər ali məktəblərinin tələbələri də var. İ.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin direktoru, universitetin transfuziologiya kafedrasının müdiri, professor Əliheydər Rəhimov qeyd edib ki, MDTU-da ilk belə aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib: “Biz bu ənənəni davam etdiririk. Aksiya universitetin klinikalarını qan və qan komponentləri ilə təmin etməyə imkan verir”. Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşəbbüslərini daim dəstəklədiyinə görə İ.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib, RAGB-nin fəaliyyətinin daha da genişləndiyini diqqətə çatdırıb. N.Axundova vurğulayıb ki, hazırda RAGB-nin səhiyyə, iqtisadiyyat, mədəniyyət və digər sahələri əhatə edən bölmələri uğurla fəaliyyət göstərir. İ.Seçenev adına Birinci MDTU-nin beynəlxalq fəaliyyət üzrə prorektoru P.Litvitski, Mərakeş Krallığının Rusiyadakı səfirliyinin müşaviri Ə.Kerauni də aksiyada iştirak edən tələbələrə təşəkkürlərini bildiriblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info