İDEA-dan daha bir təqdirəlayiq addım
Tarix: 06.12.2013 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Dövlət Agentliyindən verilən məlumata görə, Əməkdaşlıq Memorandumunun əsas məqsədi bütün "ASAN xidmət" mərkəzlərində ekoloji layihələrin inkişafına dəstək, vətəndaşların ekoloji məlumatlılıq səviyyəsinin artırılması, maarifləndirmə sahəsində birgə fəaliyyətin qurulmasıdır.
Bundan əlavə, beynəlxalq səviyyədə ətraf mühitin qorunması ilə bağlı təşəbbüslərə qoşulmaq və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə etmək Memorandumun məqsədini təşkil edən amillər kimi çıxış edir.
Qeyd edək ki, Dövlət Agentliyi ilə İDEA İB artıq ilk müştərək layihəyə start veriblər. Layihə haqqında ətraflı məlumatla ictimaiyyət yaxın zamanlarda tanış ola biləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info