Məhbusun gizlətdiyi bahalı telefonlar aşkar olunub
Tarix: 06.12.2013 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində gizli saxlanc yerində qadağan edilmiş əşyaların aşkar olunub.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elçin Rafiq oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın taxta döşəməsinin altında betonun içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd "İphone-5" markalı mobil telefon aparatları, 1 (bir) ədəd "İpad" markalı planşet, 2 (iki) ədəd qulaqcıq, 1 (bir) ədəd elektrik qidalandırıcısı, 2 (iki) ədəd "Bose" markalı qulaqcıq və 1 (bir) ədəd yaddaş kartı aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Elçin Dadaşov Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə); 93.1.4 (Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları; cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər) maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Elə həmin gün həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Müşfiq Şirzad oğlu Babayevin yataq yerinə və üzərinə baxış keçirilərkən yataq yerindən yastığın altından ona məxsus 2 (iki) ədəd "Nokia-311" markalı mobil telefon aparatları və 4 (dörd) ədəd "Sim" kart aşkar edilərək götürülmüşdür.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Müşfiq Babayev Cinayət Məcəlləsinin 181.2.1 (Quldurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info