Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində Latviya ilə əməkdaşlıq ediriləcək
Tarix: 06.12.2013 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə səfərdə olan Latviyanın səhiyyə nazirinin müavini Rinalds Muçins ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə tibbi-sosial ekspertiza xidmətinin beynəlxalq standartlar əsasında müasir tələblərə və şəffaflıq prinsiplərinə uyğun qurulması sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin aparılması ilə bağlı məsələ nəzərdən keçirilib.
İki ölkənin əlaqələrinin yüksələn xətlə davam etdiyini vurğulayan N.Məmmədov əməkdaşlığın tibbi-sosial ekspertiza xidməti və əlillərin reabilitasiyası sahəsində də gücləndirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.
R.Muçins ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, müvafiq sahələrdə əməkdaşlıq üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı təlim səfərlərinin təşkili, əlilliyi olan şəxslər üçün reabilitasiya proqramlarının hazırlanması ilə bağlı Latviya təcrübəsinin öyrənilməsi, ölkəmizdəki əlillərin Latviyadakı “Vaivari” milli reabilitasiya mərkəzində bərpa müalicəsinin təşkili və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info