“Xocalıya Ədalət“ kampaniyası çərçivəsində beynəlxalq konfrans
Tarix: 06.12.2013 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Avropa Parlamentində "Etnik təmizləmə və İnsanlıq Əleyihinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət" ("İmpunity and Responsibilities after Crime against Humanity and Ethnic Cleansing") adlı beynəlxalq konfrans keçirilib.
"Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasından verilən məlumata görə, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyan "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat Kampaniyası çərçivəsində, İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMİSCO beynəlxalq təşkilatı tərəfindən təşkil edilən, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Avropa Parlamentinin Brüsseldəki mənzil qərargahında baş tutan konfransda AP-nin müxtəlif ölkələrdən olan deputatları, Belçikada akreditə olunmuş xarici ölkələrin səfirləri, o cümlədən müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
"Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının koordinatoru Sevinc İsgəndərovanın verdiyi məlumata görə, konfransın açılış mərasimində Avropa Parlamentinin Avstriyadan olan millət vəkili Karin Kadenbadic və Saccad Karim çıxış edərək bütün dövrlərdə, xüsusilə də Xocalıda insanlıq əyeyhinə törədilən qətliamları pisləmiş, bunun dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildirmiş, həmçinin bəşəriyyətə qarşı addım kimi dəyərləndirib.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İƏT-in Avropa İttifaqı üzrə nümayəndəsi Arif Məmmədov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın işğalı, o cümlədən bir milyondan artıq məcburi köçkünün olması barədə məlumat vermiş, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldığını diqqətə çatdırıb.
Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini panel müzakirəsi ilə davam etdirib. "Xocalıya Ədalət" beynəlxalq təbliğat kampaniyasının koordinatoru Sevinc İsgəndərova tərəfindən kampaniyanın təqdimatı olub, məruzəçilər Jean Mukimbiri, Mark Barwick, Özbil Bıyıklı, Vüsal Qurbanov və Amir Foratan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərin bütün bəşəriyyətə zərər verdiyi, bu cinayətləri törədənlərin cəzasız qalmamalarının vacibliyi vurğulanıb, Ermənistanın təcavüzü nəticəsində Xocalıda törətdilən vəhşiliklər pislənib, bu cinayətin soyqırım aktı olduğu və ona Ruanda, Srebrenisa, Sudanda törədilmiş soyqırımlar kimi beynlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulanıb.
Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilib birgə bəyannamə şəklində imzalanaraq beynəlxalq təşkilatlara təqdim edilib.
Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası ("Justice for Khodjaly") 2009-cu ildən həyata keçirilir. Kampaniya tərəfindən aparılan çoxsaylı fəaliyyət nəticəsində Xocalı qətliamı İƏT Dövlət baççıları Şurası və Parlament Assambleyası, həmçinin Pakistan və Meksika parlamentləri tərəfindən soyqırım aktı kimi tanınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info