Məhkəmə və hüquq-mühafizə orqanları işçiləri üçün şad xəbər
Tarix: 06.12.2013 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Azərbaycanda məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşları üçün xüsusi sığorta güzəştləri tətbiq olunacaq.
Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi müzakirə olunub.
Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına icbari sığorta ilə bağlı xüsusi güzəştlər veriləcək.
Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.
Bundan başqa, dəyişikliklərdən sonra artıq qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək. Belə ki, maddədəki müvafiq bəndlərdən tələb olunan sənədlər siyahısından "notariat qaydasında təsdiq edilmiş" sözlərinin çıxarılması nəzərdə tutulur.
Millət vəkilləri dəyişikliklərin Milli Məclisin plenar iclasına çıxarılması haqqında qərar qəbul edib.
Qanun layihəsi parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info