Xalq və hakimiyyət birliyinin simvolu
Tarix: 06.12.2013 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin 175-ci məşğələsi keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev idealları və müasir Azərbaycan” mövzusunda məşğələdə əvvəlcə ümummilli liderin xatirəsi dərin ehtiramla yad olunub.
Universitetin rektoru, professor Saleh Məhərrəmov məşğələdə giriş sözü ilə çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi dinamik inkişafında, Azərbaycanın dünyada tanınmasındakı misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinın Prezident İlham Əliyev tərəfindən uğurlu davamı sayəsində bu gün Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsinə çevrilib, dünya siyasət arenasında layiqli mövqeyə sahiblənib. Rektor, çıxışının sonunda Heydər Əliyev şəxsiyyəti və siyasətinin, həmişəyaşar mənəvi irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs edib. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev mövzu ilə bağlı ətraflı məruzə edərək bildirib ki, ümummilli lider Heydər Əliyev ölkədə siyası anarxiya və xaosun baş alıb getdiyi, xarici və daxili separatçıların təhriki ilə vətəndaş müharibəsi və milli parçalanmanın qaçılmaz olduğu bir şəraitdə yenidən hakimiyyətə gələrək xilaskarlıq və liderlik missiyasını şərəflə öz üzərinə götürüb, xalq və hakimiyyət birliyini simvolizə edən, müstəqil, azad və demokratik ölkənin mənafelərini müdafiə edən, azərbaycançılıq ideologiyasını qürurla təbliğ edən qətiyyətli siyasəti ilə əbədilik qazanıb. Dahi öndərin milli ideologiyanın formalaşması, məqsədyönlü uğurlu xarici və daxili siyasət yürüdülməsi, müstəqil Azərbaycanın güclü iqtisadiyyatının, maddi-texniki bazasının və mənəvi əsaslarının qoyulmasında əvəzsiz rolu olub. Natiq məhz Heydər Əliyevin sayəsində Azərbaycanın XXI əsrə sivil, hüquqi, demokratik dövlət kimi qədəm qoyduğunu vurğulayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və çiçəklənməsi naminə bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, Heydər Əliyev ideyalarına sədaqət, milli birlik nümayiş etdirməliyik.

Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info