Brüsseldə “Xocalıya ədalət” kampaniyası çərçivəsində beynəlxalq konfrans
Tarix: 06.12.2013 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi olub.
DƏ-İKGF və Sosial Birlik Naminə Avropa Müsəlmanlarının Təşəbbüsü (EMİSCO) təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirdə Avropa Parlamentinin deputatları, Belçikada akkreditə olunmuş xarici ölkələrin səfirləri, müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının əlaqələndiricisi Sevinc İsgəndərovanın verdiyi məlumata görə, konfransın açılışında çıxış edən Avropa Parlamentinin Avstriyadan və Böyük Britaniyadan olan deputatları Karin Kadenbaç və Sajjad Karim bütün dövrlərdə və hər yerdə, xüsusilə də Xocalıda insanlığa qarşı törədilmiş qətliamların dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildirmiş, bu cür qırğınları bəşəriyyət əleyhinə cinayət kimi dəyərləndirərək pisləyiblər.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı üzrə nümayəndəsi Arif Məmmədov çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq azərbaycanlının məcburi köçkünə çevrilməsi barədə məlumat verib, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldıqlarını diqqətə çatdırıblar.
Açılış mərasimindən sonra beynəlxalq konfrans işini panel iclasla davam etdirib.
İclasda Sevinc İsgəndərova tərəfindən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatı olub.
Məruzəçilər Jan Mukimbiri, Mark Barvik, Özbil Bıyıklı, Vüsal Qurbanov və Amir Foratan insanlıq əleyhinə cinayətlərin bütün bəşəriyyətə zərər verdiyini bildirib, bu cinayətləri törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar. Onlar Xocalıda törədilən qətliamı pisləmiş, bu faciənin soyqırımı aktı olduğunu bildirib və ona Ruandadakı, Srebrenitsadakı, Sudandakı soyqırımılar kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar. Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanıb və beynəlxalq təşkilatlara təqdim edilib.
Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniyanın fəaliyyəti nəticəsində Xocalı qətliamı İslam Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurası və Parlament Assambleyası, həmçinin Pakistan və Meksika parlamentləri tərəfindən soyqırımı aktı kimi tanınıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info