Türkiyənin iş adamları Azərbaycanda işgüzar əlaqələr qurmaq niyyətindədirlər
Tarix: 06.12.2013 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


İşgüzar əlaqələr yaratmaq məqsədi ilə ölkəmizə səfər edən Türkiyənin nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) olub.
ASK-dan bildiriblər ki, burada keçirilən görüşdə Türkiyənin Kastamonu İş Adamları Dərnəyinin üzvləri, azərbaycanlı sahibkarlar iştirak ediblər.
Azərbaycan iqtisadiyyatı haqqında qonaqlara məlumat verən ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir və ümumi daxili məhsulun 83 faizi özəl sektorun payına düşür. Son illər Azərbaycana investisiya yatıran türk şirkətlərinin sayı artmaqdadır. Azərbaycan ilə Türkiyə arasındakı siyasi-iqtisadi əlaqələrə toxunan M.Əfəndiyev iki ölkənin qardaşlıq, dostluq münasibətlərindən də söhbət açıb, əlaqələrin getdikcə möhkəmləndiyini bildirib.
Kastamonu İş Adamlar Dərnəyinin üzvləri gələcəkdə Azərbaycanda işgüzar əlaqələr qurmaq, qarşılıqlı əməkdaşlıq etmək niyyətlərindən söhbət açıblar.
Görüşdə regional layihələr ətrafında da müzakirələr aparılıb, Türkiyə nümayəndə heyətinin Azərbaycandakı sərmayə mühiti, idxal və ixrac prosedurları, yerli tərəfdaşların tapılması və ölkə iqtisadiyyatının cəlbedici sahələri ilə bağlı sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info