“PROTIPROUD“: “Ukraynada çevriliş – Rusiya ilə müharibəyə hazırlıqdırmı?”
Tarix: 06.12.2013 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“Dəməşqdə Rokfellerin fondları nümayişçilərə nə qədər polis yaralaması və neçə polis maşını yandırmasından asılı olaraq pul ödəyirdilər. İndi də Kiyevdə polisə hücum edən “hərbiləşdirilmiş” şəxslər oxşar təsir bağışlayırlar”

Çexiyanın "PROTIPROUD" media orqanı Ukraynada baş verən kütləvi aksiyalar və vətəndaş qarşıdurmaları ilə bağlı maraqlı yazı yazıb. Qeyd edilir ki, Avropa Birliyi strateqləri Ukraynada dövlət çevrilişi etməyə hazırlaşırlar. Bildirilir ki, Avropa qitəsində müharibə alovu yaxınlaşmaqdadır. Yazıda müəllif Vaçlav Danda bildirir ki, Rusiya prezidenti Putin Ukraynada hazırda baş verənləri “talan” adlandırıb və Ukrayna xalqını təmkinli olmağa çağırıb. Daha sonra belə bildirilir: “Biz bu cür prosesləri Suriyada da müşahidə etdik. Seçkidə uduzan azlığın bu cür xaosla hakimiyyətə gəlmək istəyi və “nümayişçilər” adı altında olanlarla güc strukturlarının toqquşmasının Suriyada nələrə səbəb olduğunu və bu prosesin hələ də davam etdiyini görməkdəyik. Biz hər gün bunun nəticələrini müşahidə edirik. Orda da “inqilab” əməliyyatı dinc nümayişlərlə başlamışdı və tədricən polislə açıq silahlı toqquşmaya keçmişdi. Dəməşqdə Rokfellerin fondları nümayişçilərə nə qədər polis yaralaması və neçə polis maşını yandırmasından asılı olaraq pul ödəyirdilər. İndi də Kiyevdə polisə hücum edən “hərbiləşdirilmiş”, dəbilqəli, zəncirli, spreyli, çubuqlu şəxslər oxşar təsir bağışlayırlar. Və bütün bunlar - polisi amansız davranışa təhrik etməklə bağlı açıq məqsədin ortada olması sonradan bunun təbliğatını aparmaq və küçələrdə daha böyük “inqilab cəhənnəmi” yaratmağı hədəfləyib. Həmişə eyni cür olub. Həmişə də effektli”.

“Nümayişçilər” zəncirlər və dəbilqələrlə ekskavatorun üstündə


Yazıda bildirilir: “Hələlik “nümayişçilər” öz istəklərinə ekskavatorların və digər ağır texnikanın köməyilə çatmaq istəyirlər. Xüsusi xidmət orqanlarından olan “səhra komandirləri” hələlik qərbdən Ukrayna sərhədinə qədər silah tətbiq etməyə icazə verməyiblər. Əgər hər şey plan üzrə getməsə və baş nazir Azarovun hökuməti geri çəkilməsə, onlar standart, “daha qəddar metodlardan” yararlanacaqlar. Məsələn, nümayişçinin ölümü. Bu, işəsalma mexanizmi rolunu oynaya və hələ də tərəddüddə olan kiyevliləri həqiqətən də kütləvi şəkildə küçələrə tökə bilər. Amma bizim KİV-də bu barədə yanlış məlumatlar getməsinə baxmayaraq, belə olay hələ baş verməyib. Əsl həqiqətdə kiyevlilərin bu aksiyada indiyəqədərki iştirakı gözləntilərə uyğun deyil. Mitinqçilərin kütləvi şəkildə satın alınmasına, bizim KİV-in təqdim etdiyi rəqəmlərə baxmayaraq, onların sayı həqiqətdə olduğundan on dəfə çoxaldılıb. İki minlik insandan ibarət olan kütlə hansısa sehrli çubuq vasitəsilə “yüz minlərlə” nümayişçiyə çevrilib”.
Qeyd edilir ki, Avropa KİV-i bu barədə kadrları çox yaxşı bir şəkildə qabartmağa və görüntü yaratmağa çalışır.

Avroskeptiklərin sevinməsinə dəyərmi?


Yazıda qeyd edilir: “Kimsə deyə bilər ki, avroskeptiklər inqilabçıların tərəfində olomalı və onları dəstəkləməlidirlər ki, Ukrayna Avropa Birliyinə daxil ola bilsin, çünki bu, mərkəzləşdirilmiş tendensiyaların zəifləməsinə səbəb ola bilər. Bu isə Avropa Birliyinin tədrici tənəzzülü deməkdir. Amma heç də hər şey sadə deyil. Ukraynanı Avropa Birliyinə, yaxud onun bir bölməsinə müncər etmək - hər şeydən öncə Rusiyaya strateji zərbə endirmək deməkdir. Rusiya - yeni dünya düzəni uğrunda mübarizədə “sonuncu qala”dır. Buna görə də Ukraynadakı hadisələri daha geniş kontekstdə qiymətləndirmək olmaz.
Bəs nə baş verdi ki, dövlət çevrilişləri üzrə ixtisaslaşmış qurumlar “Ukrayna əməliyyatı”na başladılar. Prezident Yanukoviç Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etdi. Bu saziş Ukraynanı iqtisadi və siyasi baxımdan uçura bilərdi. Brüsseldəki yoldaşlar acıqdan ağardılar. Barrozunun və onun “qardaşlarının” mövqeyincə, situasiya aydındır: “Ya Ukrayna bizim olacaq, ya da yıxılacaq, biz ona Rusiya ilə indiki əməkdaşlıq səviyyəsini saxlamağa icazə verə bilmərik”.

Ukraynada vətəndaş müharibəsi Rusiya ilə müharibəyə hazırlıqdırmı?

Yazıda bu başlıqla bağlı belə bildirilir: “Bu məsələdə əsas məqam onunla bağlıdır ki, Ukraynada “vətəndaş müharibəsi” əməliyyatı realiti-şou kimi genişlənir. Burada söhbət Avropa Birliyinə aid vətəndaşların Rusiyaya qarşı müharibəyə psixoloji və strateji hazırlığından gedir. Bu müharibə isə minimum “soyuq” ola bilər.
Yazıda daha sonra o da qeyd edilir ki, Ukrayna inkişafın Rusiya modelini mənimsəyə bilər. O da qeyd edilir ki, “inqilab”ın digər əsas səbəbi “qaz şahzadəsi” Timoşenkonun azadlığa buraxılmasını tələb etməkdir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info