“Novinar” qəzeti: “ Dünya elitasının nümayəndələri Bakıda toplaşmışdı”
Tarix: 06.12.2013 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Bolqarıstanın nüfuzlu “Novinar” qəzetində “Bakı dünya elitasınının nümayəndələrini və 13 Nobel mükafatçısını bir məkana toplamışdır” sərlövhəli məqalə dərc olunub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildirilib ki, məqalənin müəllifi həmin qəzetin III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş baş redaktoru Stoyan Sirakovdur.
Məqalənin əvvəlində, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə aparılmış islahatlar nəticəsində iqtisadiyyatı dinamik inkişaf edən Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilərək “Qafqazın pələngi” adlandırılmasından bəhs edilir.
Enerji sektorunun sürətli inkişafı nəticəsində Azərbaycan xalqının yaşayış səviyyəsinin yaxşılaşmasından, paytaxtın daha da gözəlləşməsindən yazan müəllif Bakını Dubay, Las-Veqas kimi dünyanın ən məşhur göydələnlər şəhərlərinə bənzədib.
Müəllif, eyni zamanda, Azərbaycan hökumətinin uğurlu xarici siyasəti nəticəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən, Xəzər dənizinin sahilində yerləşən bu şəhərdə III Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsindən söz açıb. Bundan əlavə məqalədə, III Bakı Beynəlxalq Humanitar Forumdan öncə Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakı Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısının keçirilməsindən və bu tədbirlər çərçivəsində keçmiş prezidentlərin, baş nazirlərin və digər tanınmış şəxsiyyətlərin iştiraklarından bəhs edilib.
Məlumat verilib ki, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün 100-dən çox ölkədən 700-ə yaxın nümayəndə Azərbaycana gəlib. Supermodern üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzində keçirilmiş Forumda dünya siyasi və intellektual elitasının nümayəndələri, rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm və mədəniyyət xadimləri, 13 Nobel mükafatı laureatı iştirak edib.
Həmçinin məqalədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına təbrikləri barədə məlumat verilib.
Forumun rəsmi açılışında çıxış edən Prezident İlham Əliyev ölkələr və xalqlar arasında humanitar sahədə əməkdaşlıqdan, vətəndaş cəmiyyətinin formalaşmasından, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafından, multikulturalizmin Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olmasından danışıb.
Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin Forumda iştirakından və çıxışından bəhs edilib.
Müəllif Humanitar Forum çərçivəsində Naxçıvan şəhərinə səfərindən bəhs edərək, onu qədim xəzinə adlandırıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məhz bu şəhərdə anadan olduğunu xüsusi ilə qeyd edib.
Məqalədə milli mətbəximizin zənginliyindən də söhbət açılıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info