Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında bəyannamə imzalanıb
Tarix: 06.12.2013 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və quruma üzv dövlətlər arasında yerdəyişmə üzrə tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Birgə Bəyannamə Aİ-nin miqrasiya və yerdəyişmə üzrə siyasətinin dörd əsas sütununu: qanuni miqrasiyanın təşviqini, qeyri-qanuni miqrasiya ilə mübarizəni, miqrasiyanın inkişafa təsirini, sığınacaq və beynəlxalq müdafiə çərçivəsində münasibətləri tənzimləyir.
Avropa İttifaqının Daxili İşlər üzrə Şurasının iclası çərçivəsində imzalanmış bu sənəd Azərbaycanın miqrasiya siyasətinin idarə olunması imkanlarını gücləndirməklə insanların daha asan və rahat şəraitdə yerdəyişməsinin təmin olunması üçün səmərəli mexanizmdir. Bəyannamə özündə qanuni miqrasiya hüquqlarının müdafiəsini, potensial miqrantların Aİ ölkələrinə qanuni miqrasiyası və orada işlə təmin olunma yollarını və xaricdə təhsil barədə məlumatlandırılmaları, potensial miqrantların köç etməzdən əvvəl peşə və dil təlimlərinin təminini, əmək bazarı imkanlarının müqayisə edilməsini, tələbələrin, tədqiqatçıların, mütəxəssislərin mübadiləsinin, eləcə də təlim, mübadilə və iş proqramlarının təkmilləşdirilməsini, miqrantların könüllü qayıdış və reinteqrasiyasının təmin olunmasını, qayıdan miqrantların sosial müdafiəsini, xaricdə yaşayan azərbaycanlılarla münasibətlərin gücləndirilməsini, ölkəyə sərmayə axınını təşviq edən proqramların dəstəklənməsini, yüksək ixtisaslı miqrantların könüllü qayıdışının təşviqi yolu ilə “beyin axını”nın qarşısının alınmasını, qarşılıqlı konsulluq müdafiəsinin möhkəmləndirilməsini, viza məsələləri üzrə dialoqun təşviqini və digər münasibətlərin tənzimlənməsini ehtiva edir.
Bu sənəd, həmçinin qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizə və bu sahədə səmərəli mexanizmin yaradılması, sərhəd idarəçiliyinin gücləndirilməsi, transsərhəd əməkdaşlığının inkişafı, şəxsiyyəti təsdiq edən sənədlərin təhlükəsizliyinin gücləndirilməsi, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə məlumat mübadiləsi və beynəlxalq müdafiənin təmini imkanlarının möhkəmləndirilməsi, tərəfdaş dövlətlərlə miqrasiya üzrə məlumat bazasının təkmilləşdirilməsi və yenilənməsi, miqrasiyanın monitorinqi imkanlarının artırılması, miqrasiya sahəsində Azərbaycanın yerli qurumları ilə Avropa İttifaqının müvafiq təsisatları arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.
Bəyannamə Vilnüsdə viza rejiminin sadələşdirilməsi haqqında Sazişdən sonra Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında bu il ərzində imzalanmış ikinci önəmli sənəddir. Bu da Azərbaycan ilə Aİ arasında münasibətlərin inkişaf dinamikasının bariz göstəricisidir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info