Britaniyanın “Diplomat” jurnalında Azərbaycan haqda məqalə dərc edilib
Tarix: 06.12.2013 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun nüfuzlu “Diplomat” jurnalında ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründəki uğurlarından bəhs edən məqaləsi dərc olunub.
Məqalədə qeyd edilib ki, 2011-ci ildə BMT-nin üzvü olan dövlətlərin böyük əksəriyyətinin dəstəyi ilə Azərbaycan Təhlükəsizlik Şurasının üzvü seçilib, 2 il ərzində bu təşkilatın əsas dəyər və prinsiplərinə sadiq qalıb. BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycan beynəlxalq ictimaiyyəti maraqlandıran əsas məsələlərə diqqət yetirib. 2012-ci il may ayında terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi üçün xüsusi iclas keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxışı zamanı BMT-yə üzv dövlətlər arasında əməkdaşlığı genişləndirməyin və bu problem ilə məşğul olan müvafiq strukturların imkanlarını artırmağın əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı rolu çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalacağını diqqətə çatdırıb. İclasda terrora qarşı mübarizədə BMT ilə regional təşkilatlar və üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Məqalədə qeyd edilib ki, 2013-cü ilin oktyabrında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəmləndirilməsinə dair iclas keçirib. İclasda müxtəlif dəyərlərin dərk edilməsi, inanc və dinlərə hörmət məsələləri müzakirə olunub.
Məqalədə III Bakı Beynəlxalq Humanitar Forumu nümunə göstərilərək Azərbaycanın son dövrlərdə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri üçün beynəlxalq səviyyədə aktual mövzuların müzakirə edildiyi məkana çevrildiyi diqqətə çatdırılıb.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi dövründə Afrikanın üzləşdiyi çətinliklər müzakirəyə çıxarılan əsas məsələlərdən biri olub. Azərbaycanın təşəbbüsü ilə BMT-yə üzv dövlətlərin rəsmi şəxslərinin Afrikaya səfərləri təşkil edilib. Ölkəmizin gündəmə gətirdiyi digər məsələ isə humanitar fəlakətlərə beynəlxalq səviyyədə sürətli yardım olub.
Məqalənin sonunda BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın gənc diplomatiyasının geniş potensialını nümayiş etdirdiyi vurğulanıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında öz rolunu uğurla tamamladıqdan sonra, beynəlxalq sülh və təhlükəsizlik uğrunda fəaliyyətini daha böyük səylə davam etdirəcəyinə əminlik ifadə edilib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur
23.01.2019
Sinoptiklər xəbərdarlıq edirlər...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info