“Rusiya MDB ölkələrinə viza rejimi tətbiq etməyi planlaşdırmır”
Tarix: 06.12.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


“Rusiyaya iş dalınca gələn miqrantlar qanun çərçivəsində fəaliyyət göstərməlidirlər”. Bunu Rusiyanın federal televiziya kanallarına müsahibəsində baş nazir Dmitri Medvedev deyib.
O bildirib ki, Rusiyaya gələn əmək miqrantları özlərini normal və sivil şəkildə aparmalıdırlar: “Onlar bizim ölkədə işləmək istəyirlərsə, rus dilini öyrənməlidirlər, Rusiya adət-ənənələrini bilməlidirlər və ən əsası, qanun çərçivəsində hərəkət etməlidirlər. Onların işləməsi üçün qanuni sənədləri olmalıdır. Bu il bütün bu sadaladıqlarıma riayət etməyən 380 min miqrant Rusiyadan deportasiya olunub”. Jurnalistin MDB ölkələrinə viza tətbiq olunub-olunmayacağı ilə bağlı sualına baş nazir belə cavab verib: “Əgər xüsusi vəziyyət olmayacaqsa, Rusiya MDB ölkələrinə viza rejimi tətbiq etməyi planlaşdırmır. Lakin Rusiyaya gəlmək istəyən MDB vətəndaşları xarici pasport və tibbi sığortaya sahib olmalıdırlar”. Dmitri Medvedev deyib ki, “Rusiyada millətçi dalğanı qabardanlar ən ağır qınaq obyektinə çevrilməyə layiqdirlər. O bildirib ki, millətçi dalğanı qabartmaq çox pis və əxlaqsız bir şeydir: “Bizim ölkənin şərtləri çərçivəsində isə bu, ölümcüldür. Çünki bizim ölkə çoxmillətlidir, çox konfessiyalıdır. Bizim ölkədə çoxlu sayda xalqlar yaşayır. Ona görə də, heç bir halda bu mövzunu qızışdırmaq olmaz”. D. Medvedev bəyan edib ki, Rusiya bu gün əlavə əmək resursu olmadan keçinə bilməz: “Rusiya həddən artıq böyükdür və bizə əlavə əmək resursları lazımdır. Rusiya maraqlıdır ki, onun ölkəsinə işləməyə yüksək ixtisaslı kadrlar və mənzil-kommunal təsərrüfatı sahəsində və tikintidə çalışmağı bacaranlar gəlsinlər, hansı ki, bizim ölkəmizin vətəndaşları bu sahədə işləmək istəmirlər”.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info