“Ermənistan beynəlxalq subyekt kimi əhəmiyyətini itirib”
Tarix: 06.12.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


“Bu gün Rusiyanın bölgədəki əsas müttəfiqi Azərbaycan - Türkiyə tandemidir. Rusiya bu müttəfiqlərinə erməni maraqlarının hesabına güzəştə gedəcək”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar aktiv fazaya qədəm qoyub. Dövlət başçılarının Vyana görüşündən sonra bu dəfə xarici işlər nazirləri Kiyevdə bir araya gəlib. Həmin görüşdə diplomatların gələn ilin əvvəlində də görüşməsi ilə bağlı razılıq əldə olunub. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland da xarici işlər nazirlərinin görüşünü yüksək qiymətləndirib və bildirib ki, ATƏT bu məsələlərdə dövlətlərə dəstəyini artırmalıdır.
Ekspertlər son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müşahidə olunan aktivlikdə ABŞ və Fransanın ön plana çıxmasını xüsusi qeyd edirlər. “Lragir” saytı yazır ki, Ermənistanın Gömrük İttifaqına üzv olacağını açıqlamasından sonra Qərbin bu məsələdə aktivlik göstərməsi İrəvana yaxşı heç nə vəd etmir. Həmin məqalədə qeyd edilir ki, Rusiya Ermənistan üzərində total nəzarət həyat keçirir. Məhz bu səbəbdən Dağlıq Qarabağ məsələsi ağırlıq mərkəzi kimi önə çıxır: “Ermənistan demək olar ki, tamamilə Rusiyaya tabe vəziyyətdədir. Ona görə də Dağlıq Qarabağ məsələsi aktiv şəkildə gündəmə gəlir. İndi vəziyyət elə səviyyəyə gəlib çatıb ki, Dağlıq Qarabağ Ermənistandan çox əhəmiyyət kəsb edir. Ermənistanı özünə tam şəkildə tabe edən Rusiya Türkiyə və Azərbaycanla fəal danışıqlar aparır. Çünki Türkiyə və Azərbaycanın razılığı olmadan Rusiya regionda öz maraqlarını reallaşdıra bilməz. Bu məsələdə Rusiya-Türkiyə-Azərbaycan birliyi dominantlıq etdiyindən ABŞ və Fransa geridə qalmaq istəmir. Ona görə də Qərb Ermənistanı subyekt kimi dəyərləndirməyə çalışır. Halbuki Ermənistan çoxdan beynəlxalq subyekt kimi əhəmiyyətini itirib.

“Dekabrın 2-də “ArmRosqazprom”un qalan 20 faizlik payının satılması ilə Ermənistan enerji sahəsində tamamilə Rusiyadan asılı vəziyyətə düşüb: “Bununla da Ermənistan faktiki olaraq izolyasiya vəziyyətinə düşərək subyekt kimi beynəlxalq siyasətdən kənarda qalıb. Amma məsələ bununla bitmir və bizi gələcəkdə daha böyük təhlükə gözləyir”

Əgər Rusiya qoşunları Qarabağda görünərsə, bu bölgə də faktor kimi əhəmiyyətini itirəcək. Bu, Ermənistan yox, ancaq Türkiyə-Azərbaycan və Qərbin sayəsində mümkün olmur. Rusiya Azərbaycan və Türkiyəni öz tərəfinə çəkməyə çalışır”. Politoloqlar bu məsələni son vaxtlar Qərblə İran arasında münasibətlərin istiləşməsi və Rusiya ilə Ermənistan arasında imzalanan son müqavilələr kontekstində dəyərləndirirlər. Ekspertlərin fikri belədir ki, Rusiya Ermənistanı çox təhlükəli oyuna sürükləyir. Erməni ekspert Ayk Aramyan qeyd edir ki, dekabrın 2-də “ArmRosqazprom”un qalan 20 faizlik payının satılması ilə Ermənistan enerji sahəsində tamamilə Rusiyadan asılı vəziyyətə düşüb: “Bununla da Ermənistan faktiki olaraq izolyasiya vəziyyətinə düşərək subyekt kimi beynəlxalq siyasətdən kənarda qalıb. Amma məsələ bununla bitmir və bizi gələcəkdə daha böyük təhlükə gözləyir”. Ekspert hesab edir ki, Yaxın Şərq regionunda baş verən son proseslər sonda Ermənistana ciddi təsir göstərəcək. Qeyd edilir ki, Qərb İranla yaxınlaşma siyasətini həyata keçirməklə Rusiyanı oyundankənar vəziyyətdə qoymağa çalışır. Eyni zamanda İraqda Rusiyanın sıxışdırılması prosesi həyata keçirilir: “Rusiya Qərbin bu siyasətini iflasa uğratmaq üçün müxtəlif gedişlər həyata keçirir və Ermənistanın koloniyaya çevrilməsi də bu siyasətin tərkib hissəsidir. Bir neçə gün öncə məlum oldu ki, Ermənistan enerji sahəsində İranla əməkdaşlıqdan imtina edib. Halbuki İranın təklif etdiyi qiymətlər Rusiyanın təklif etdiyindən daha münasib olub. Amma Rusiya Ermənistanın xeyrinə ola biləcək bu əməkdaşlığın baş tutmasına imkan vermədi. Rusiya Ermənistanın əli ilə İranın enerji əməkdaşlığını blokadaya almağa çalışır. İraqda həyata keçirilən layihələrdən kənarda qalmaq istəməyən Rusiya Ermənistandan istifadə edir. İraq rəsmi nümayəndə heyətinin İrəvan səfəri də bununla bağlıdır. İraqla əməkdaşlığın genişləndirilməsi Ermənistanın yox, Rusiyanın maraqlarına xidmət edir. Beləliklə, Ermənistan Moskvanın əlində küt alətə çevrilib. Bu siyasətdə Ermənistan Rusiyanın tərəfdaşı kimi yox, sadəcə küt alət, dövlət əlavəsi kimi çıxış edir. Vaxtilə sovet “KQB”si Ermənistan və erməni strukturlarından-kilsədən, ənənəvi partiyalardan, ermənilərin sıx yaşadığı bölgələrdən casus şəbəkəsi kimi istifadə edirdi. İndi isə ruslar Ermənistandan dövlət kimi yox, dövlət əlavəsi kimi istifadə edir. Bununla da Ermənistan beynəlxalq münasibətlər sisteminin subyekti kimi sıradan çıxır və tədricən “çirkli alət”ə çevrilir. Bu siyasətin mümkün nəticələri bizim üçün ağır olacaq. Bu gün Rusiyanın bölgədəki əsas müttəfiqi Azərbaycan-Türkiyə tandemidir. Rusiya bu müttəfiqlərinə erməni maraqlarının hesabına güzəştə gedəcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info