Suriyada döyüşən avropalı gənclərin sayı 2 mini keçib
Tarix: 06.12.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Suriyada fəaliyyət göstərən İnsan Hüquqlarının Müşahidəsi Qrupunun yaydığı məlumata görə, son bir gündə gedən döyüşlərdə 47 nəfər qətlə yetirilib. Onlardan 19-u müxalifət silahlısı, digərləri isə hökumət qüvvələrinin əsgərləri və mülki şəxslərdir.
“Əl-Cəzirə” televiziya kanalının məlumatına görə, Dəməşqətrafı ərazilərin bombalanması zamanı tibbi laboratoriya raket zərbəsinə məruz qalıb. Zəhərli maddələrin ətrafa yayılması boğulma və zəhərlənmə hallarına səbəb olub. Bu arada Fransanın daxili işlər naziri Manuel Vals Brüsseldə belçikalı həmkarı Joel Milke ilə görüşüb. Görüşdən sonra fransız nazir “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlı qruplaşmalara qoşulan avropalı gənclərin sayının artdığını bəyan edib. Nazir bildirib ki, bu məqsədlə Suriyaya gedən gənclərin sayı 2 mini keçib. Cari ilin iyun ayında bu göstərici cəmi 600 nəfər idi. Gənclərin Suriyaya axını Avropa üçün böyük təhlükə yaradır.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info