“Nalbandyan ilə budəfəki görüşdə konkret məsələlər müzakirə olunub”
Tarix: 06.12.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti görüşü gələn il yanvarın sonuna planlaşdırılıb”. Bu barədə jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib.
Nazir erməni həmkarı Edvard Nalbandyan ilə Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində baş tutan görüşünü də şərh edib: “Azərbaycan və Ermənistan prezidentləri Vyanada baş tutan görüşlərindən sonra XİN rəhbərlərinə orada razılaşdırılmış bir neçə məqamlar əsasında danışıqları davam etdirilməsinə dair tapşırıqlar veriblər. Nalbandyan ilə görüş əvvəlcə təkbətək formatda, daha sonra isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə geniş tərkibdə keçirilib. Biz bu məqamların müzakirəsini onlarla da davam etdirdik. Və razılığa gəldik ki, Ermənistan XİN rəhbəri ölkəsinin prezidentini görüşün nəticələri və bizim mövqe barədə məlumatlandırsın. Mən də, öz növbəmdə, görüşün nəticələri və Ermənistanın mövqeyi barədə Prezidenti məlumatlandıracam. Dekabrın 16-dan sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı biz onlara cavabımızı bildirəcəyik. Ehtimal ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü yanvarın sonunda baş tutacaq”. Onun sözlərinə görə, bu görüşü əvvəlkilərdən fərqləndirən cəhət ondan ibarət olub ki, bu dəfə konkret məsələlər müzakirə olunub: “Biz danışıqlarda konkret məsələlərə toxunaraq onları müzakirə etdik. Deyə bilərəm ki, Kazanda keçirilmiş görüşdən sonra konkret məsələlər müzakirə olunmamışdı. Dünənki görüşdə isə biz konkret məsələlərə toxunduq. Onları mən hələlik açıqlaya bilmərəm”. Nazir qeyd edib ki, onun erməni həmkarı Edvard Nalbandyan ilə görüşü 4 saatdan çox davam edib: “Hər hansı bir razılığa gəldiyimizi deyə bilmərəm. Çünki Azərbaycan və Ermənistanın mövqeləri fərqlidir. Lakin biz müzakirələri davam etdirəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info