“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”
Tarix: 07.12.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.
Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında iştirak edən Rumıniyanın Milli Kənd Muzeyinin baş meneceri Virgil Stefan Nitulesku deyib. Sessiyanın yüksək səviyyədə təşkilinə görə ölkəmizə minnətdarlığını bildirən Virgil Stefan Nitulesku aparılan dialoq, müzakirə və debatların Azərbaycan üçün gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yaradacağına əminliyini ifadə edib.Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu deyən V.Nitulesku beynəlxalq miqyasda ölkəmizə artan marağı məmnunluqla qeyd edib. O, bu cür mötəbər tədbirlərin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırıb.
Azərbaycanın Rumıniyada bir çox sahələrə sərmayə yatırdığını bildirən V.Nitulesku ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirərək deyib: “Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin fəaliyyəti ölkənizdə bütün dinlərə sayğı ilə yanaşıldığının göstəricisidir. Dini tolerantlıq Azərbaycanın zənginliyidir. Ölkənizdə dövlət və din arasında münasibətlər müvəffəqiyyətlə tənzimlənir. Bakıya artıq ikinci səfərimdir. Görməli yerləriniz, gözəl parklarınız, tarixi abidələriniz xoş təəssürat yaradır. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir”. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan rumıniyalı qonaq müasir dünyada sülh fəlsəfəsinin yayıldığı bir dövrdə regionda belə problemin olmasının bölgəyə mənfi təsir göstərdiyini qeyd edib. Tərəflər arasında dialoqların aparılmasının əhəmiyyətindən danışan Virgil Stefan Nitulesku Avropa İttifaqının və digər beynəlxalq qurumların məsələnin sülh yolu ilə həllinə daha yaxından cəlb olunmasının vacibliyini vurğulayıb. Münaqişənin yalnız danışıqlar yolu ilə həll olunmasının vacibliyini qeyd edən V. Nitulesku Azərbaycanın ənənəvi çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi münasibətilə ölkəmizi təbrik edib, bu oyunun əslində milli adət-ənənəni aşıladığını və milli mənliyin formalaşmasında böyük rol oynadığını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info