Uğurlu müstəqil iqtisadi siyasət iqtisadi qüdrətin artmasında əsas amildir
Tarix: 07.12.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Danılmaz bir həqiqətdir ki, müstəqil iqtisadi siyasətin uğurlu istiqamətdə müəyyən olunması ölkənin iqtisadi qüdrətinin artmasına əsaslı şəkildə təsir göstərən amillərdəndir. XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz köhnə iqtisadi və siyasi sistemdən imtina etməklə, özünün bütün sahələrlə yanaşı, milli iqtisadiyyatının qurulmasına da ciddi başlanğıc etdi. Yetmiş il keçmiş SSRİ məkanında asılı iqtisadiyyata malik olan respublikamız nəhayət ki, özünə aid olan, sosial-iqtisadi siyasətinin müəyyənləşdirilməsi ilə də öz xalqının gündəlik həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək yeni iqtisadi sistem istiqamətində addım atmağa başladı. Müasir bazar münasibətləri şəraitində müəyyən olunan bu siyasət ölkəmizin bütün regionlarında sistemli, dayanıqlı, müvazinətli iqtisadi inkişafı təmin etdi.
Təməli ümummilli lider Heydər Əliyev siyasəti ilə qoyulan müasir iqtisadi inkişaf mənzərəsi milli iqtisadi tərəqqidə hər zaman söz sahibi olan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında daha geniş əhatədə görünməkdədir. Burada 1991-1993-cü illərdən başlanan hərətərəfli yüksəliş tədbirləri son on səkkiz ilin ən sevindirici, ən strateji nailiyyətlərini təmin etmişdir. İstər illər, istər yarım illər, istərsə də hər ilin rübləri üzrə makroiqtisadi göstəricilərə diqqət edərkən muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlərin və bunun da nəticəsində əldə olunan dinamik inkişafın şahidi oluruq. Fikrimizi əsaslandırmaq üçün 2013-cü ilin yanvar-oktyabr aylarının sosial-iqtisadi inkişaf göstəricilərinin əks olunduğu statistik rəqəmlərə müraciət edə bilərik. Buradan görünür ki, muxtar respublikada əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsul istehsalı 1 milyard 768 milyon 736 min 600 manat təşkil etmişdir. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə muqayisədə 8,6 faiz artıqdır.
Ölkəmizdə əldə olunan sağlam iqtisadi nailiyyətlər bütün regionlar kimi muxtar respublikanın da iqtisadi həyatında özünə dərin kök salıb. İlbəil artan iqtisadi qüdrətimiz burada bütün sahələrin sistemli inkişafını nəinki təmin edə bilib, hətta əvvəllər göstəricilərinə görə geridə qalan sahələrin sıçrayışla inkişaf etməsinə və ilk yerdə təmsil olunmasına imkanlar açıb. Muxtar respublika təbii şəraitinə görə dağlıq ərazi olsa da, əhalisinin 70 faizdən artığı kənd yerlərində yaşasa da, burada iqtisadiyyatın sənaye əhəmiyyətinə ciddi fikir verilib və ümumi daxili məhsulun sahə strukturunda ilk yeri də məhz sənaye sahəsi təşkil etməkdədir. Cari ilin son on ayının sosial-iqtisadi inkişaf xronikasına nəzər salanda bunu aydın şəkildə görmək mümkündür. Belə ki, bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikasında 725 milyon 161 min 800 manatlıq sənaye məhsulu istehsal olunaraq 2012-ci ilin yanvar-oktyabr aylarının göstəricisini 6,8 faiz keçib.
Hər bir ölkənin iqtisadi siyasəti o zaman uğurlu olur ki, əldə olunan nailiyyətlər həmin ölkənin bütün vətəndaşlarını əhatə edə bilsin. Yəni insanlar, zəhmətkeşlər, eləcə də bütün sahələr üzrə çalışanlar, ümumiyyətlə, əhali həmin nailiyyətlərdən səmərəli şəkildə yararlana bilsinlər. Məhz muxtar respublikada bu amilin də xüsusi önəm daşıdığını sübut edən tədbirlər 2013-cü ilin yanvar-oktyabr aylarında da özünü bir daha göstərib, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 4104,7 manat (yaxud 5231,6 ABŞ dolları) təşkil edib. Qeyd edək ki, bu isə 2012-ci ilin müvafiq göstəricisindən 7,4 faiz çoxdur.
Respublikamızın iqtisadi qüdrəti artdıqca hər bir sahənin ayrıca inkişafını əks etdirən, hüquqi-iqtisadi təminatlar da özünə yer etməkdədir. Qəbul olunan Dövlət Proqramları, qərarlar, Prezidentin müvafiq sərəncamları istənilən sahə üçün ən etibarlı dəstəkdir. Bu mənada da muxtar respublikanın iqtisadi nailiyyətləri müasir iqtisadi sistemin əsas mahiyyətini ifadə etməklə milli iqtisadi inkişafa xidmət etməkdədir. 1995-ci ildən ölkəmiz miqyasında əsasları müəyyən olunan yeni iqtisadi siyasət iqtisadi (aqrar) islahatların keçirilməsilə daha da önəm qazandı. Əsas məqsəd isə təbii ki, müasir iqtisadi siyasətə faydalılıq gətirəcək sahələrin inkişafının təmin olunmasından ibarət idi. Elə buna görə də qeyri-neft sektorunun da təkanverici qüvvəsi kimi qeyd edəcəyimiz ən mühüm sahələrdən biri olaraq kənd təsərrüfatını maksimum potensiala çevirmək əsas işlərdən biri kimi dururdu. Məhz bu mənada muxtar respublikada məhsuldar qüvvələrdən səmərəli istifadə etməklə dayanıqlı inkişaf təmin olunmaqdadır. Ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründən başlanan ardıcıl aqrar inkişaf prosesi son on səkkiz ilin də təkanverici qüvvəsinə çevrilib. Statistik rəqəmlərə diqqət edəndə bunu açıqca görmək olur. Belə ki, 2013-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikada 280 milyon 719 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artım deməkdir.
Ölkəmiz uğurlu neft siyasətinin nəticələrindən səmərəli, məqsədyönlü şəkildə istifadə edərək, həm neftdən asılılığını azaldır, həm də qeyri-neft sektoruna dəstək verir. Bir sözlə, istənilən sahədə qazanılan uğurlar digər sahələrdə qazanılacaq uğurlara təkan üçün müəyyənləşdirilir. Bütün bunlar isə öz növbəsində ölkəmizin iqtisadi siyasətinin sosialyönümlü olmasına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, biz bunu 2014-cü ilin dövlət büdcəsinin strukturunda da gördük. Bir sözlə, təməli ulu öndərimizlə qoyulan humanist siyasət bu gün də İlham Əliyev tərəfindən daha mükəmməl əsaslarla davam etməklə, Azərbaycan insanının, vətəndaşının firəvan yaşayışına xidmət etməkdədir. İnsanların alıcılıq qabiliyyətinin artması, onların gəlirlərinin çoxalması məhz bu qəbildəndir. Fikrimizi 2013-cü ilin yanvar-oktyabr ayları üzrə statistik göstəricilərə yönəltsək görərik ki, bəhs olunan dövrdə muxtar respublikada əhalinin gəlirləri 1 milyard 334 milyon 821 min 600 manat, onun hər bir nəfərə düşən həcmi isə 3097,8 manat olub. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 5,7 və 3,5 faiz artım deməkdir. Bütün bunların nəticəsində muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı məbləği 376 manat olub ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz çoxdur.
Sadalananlar bir daha Naxçıvan Muxtar Respublikasının milli iqtisadi inkişafa böyük töhfəsinin sadəcə bir hissəsidir. Heç şübhəsiz ki, bunların hamısı Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Naxçıvan Muxtar Respublikasının regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına çoxdan hazır olduğunu təsdiq edir.
Cavadxan QASIMOV
AMEA Naxçıvan Bölməsinin
Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info