Qəbələ Qızıl Balıqartırma Zavodunda yeni kürüalma mövsümünə başlanılıb
Tarix: 09.12.2013 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Qəbələ Qızıl Balıqartırma Zavodunda yeni kürüalma mövsümünə başlanılıb.
Müəssisənin direktoru Oqtay Məmmədov bildirib ki, qiymətli balıq növləri yetişdirən Qəbələ Qızıl Balıqartırma Zavodunda Kür qızıl balığı və əlvan formalı qızılı balıq, yəni farel yetişdirilir. 1956-cı ildə istifadəyə verilən Qəbələ Qızıl Balıqartırma Zavodu hazırda Xəzər dənizini və ölkədaxili su hövzələrini qızıl balıq növləri ilə təmin edən istehsalat sahəsidir.
Hazırda bu müəssisədə qızıl balıqların artırılması sahəsində işlərin qızğın çağıdır. Zavodun mütəxəssisləri ana balıqdan götürdükləri kürünü erkək balıqlardan əldə edilən maya ilə xüsusi qablarda qarışdırırlar. Qızıl balıqlar kürü tökməklə çoxalır və bu balıqların kürüsü suda mayalanır. Qızıl balıqları mayalandırma prosesi qaranlıq yerdə aparılır və kürü bir saatdan sonra yuyularaq təmiz suya tökülür. Kürüdən çıxandan sonra zavodda üç fazada inkişaf dövrünü yaşayan xırda qızıl balıqlar bir il müddətində müxtəlif ölçülü 8 hovuzda bəslənilir. Mütəxəssislər onların yeminə xüsusi diqqət yetirirlər. Zavodda kürüdən çıxan 15 günlük balıqlar 8 qrama çatanadək xüsusi yerdə yetişdirilən “Alaxet” qurdları ilə bəslənilir. Həmçinin balıqlara yerli ət məhsullarından hazırlanan kompleks qida verilir. Onların qida rasionuna qurd süfrəsi, yumurta sarısı, balıq və iri buynuzlu heyvanın çəkilmiş dalaq və qara ciyəri daxildir.
Qəbələdə qızıl balıqların yetişdirilməsində ən vacib komponentlərdən biri də bu ərazidə dağ çaylarının olmasıdır. Çünki həssas, lakin yırtıcı sayılan bu qızıl balıqlar daim soyuq və tərkibi minerallarla münbit olan şirin su hövzələrində yaşamağı sevirlər. Qəbələ Qızıl Balıqartırma Zavodunun su mənbəyi Qəbələ çayından və təbii bulaqlardan götürülür. Zavoda gələn suyun temperaturu 12-18 dərəcədən yüksək olmur və kifayət qədər oksigenə malikdir. Bu da balıqların sağlam şəkildə yetişdirilməsinə imkan verir. Yırtıcı sayılan qızıl balıqların yetişdirilməsi prosesi digər balıqlardan xeyli fərqlidir. Çəkisi nisbətən çox olan qızıl balıqlar xırdaları yediyi üçün onlar ayda bir dəfə seçilir və ayrı-ayrı kanallara yerləşdirilir.
Zavodda kürügötürmə prosesi hər il noyabrın 25-dən yanvarın ortalarınadək davam edir. Su hövzələrində qızıl balıq ehtiyatının artırılması üçün ötən on gün ərzində bu zavodda 110 mindən çox sağlam kürü əldə edilərək yetişdirilməsinə başlanılıb. Müəssisənin mütəxəssisləri yanvarın ortalarınadək 200 mindən çox kürü götürməyi planlaşdırırlar. Zavodda balıqlar bir il ərzində yetişdirildikdən sonra Qaradağ rayonunda yerləşən Xəzər dəniz təcrübi balıqartırma zavoduna verilir. Qızıl balıqlar orada şirin sudan duzlu suya uyğunlaşma dövrünü keçirlər. Çəkisi daha çox artan balıqlar elə həmin ərazidən Xəzər dənizinə buraxılır. Hər ilin mayında Xəzəryanı dövlətlərin nümayəndələrindən ibarət birgə komissiyanın iştirakı ilə Qəbələ Qızıl Balıqartırma Zavodunda yetişdirilən qızıl balıqlar yoxlanılır və çəkisi, rəngi və uzunluğu dövlət standartına uyğun gələn balıqlar komissiyanın rəyi əsasında Xəzər dənizinə buraxılır. Qəbələdəki balıqartırma zavodu tərəfindən son 15 ildə 750 mindən çox qızıl balıq yetişdirilərək Xəzər dənizinə və Kür çayına buraxılıb. Balıqartırma sənayesində Azərbaycan Xəzər regionunda Rusiyadan sonra ikinci yeri tutur.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kriminal mövzudan yazan jurnalistlər daha çox hansı səhvlərə yol verir?
22.08.2019
Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib
22.08.2019
İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... nə etməli?
22.08.2019
Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb
22.08.2019
Leyla Axundzadə “Mikayıl Müşfiq” gəmisini ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info