Türkiyədə ulu öndərin xatirəsinə həsr olunmuş şahmat turniri
Tarix: 09.12.2013 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Eskişehir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri və anma mərasimi keçirilib.
Eskişehirin 19 May Gənclik mərkəzində keçirilmiş şahmat turnirində Ankara, İstanbul, İzmir, Bursa və Eskişehirdəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin nümayəndəsi Ramil Ağayev və Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın turnirin qaliblərinə mükafatları təqdim ediblər.
Ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü münasibətilə Eskişehir Anadolu Universitetində keçirilmiş mərasimdə iştirak edən şəhər valiliyi və bələdiyyəsinin nümayəndələri, azərbaycanlı tələbə və müəllimlər xalqımızın ümummilli liderinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Eskişehirdəki Osman Qazi Universitetinin professoru Tamilla Əliyeva tələbələr qarşısında xalqımızın ümummilli liderinin zəngin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə Heydər Əliyevin xilaskarlıq missiyası, dövlətçiliyin möhkəmlənməsi və ölkəmizin davamlı sosial-iqtisadi yüksəliş yoluna qədəm qoyması, Türkiyə və bütün türk dünyası ilə əlaqələrin ən yüksək səviyyəyə yüksəlməsi fikirləri əksini tapıb.
Türk dünyasının dahi şəxsiyyətinin xatirəsi Türkiyədə də əziz tutulur. Qardaş ölkənin bir çox ali təhsil ocaqlarında, o cümlədən Eskişehirdəki Anadolu Universitetində də Heydər Əliyev Elm və Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə gənclər türk dünyasının ən böyük siyasət və dövlət xadimlərindən biri olan Heydər Əliyevin irsini öyrənirlər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info