Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü
Tarix: 09.12.2013 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin tapşırığına əsasən və Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin dəvəti əsasında Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Qara dəniz ötürmə şəbəkəsi layihəsi" çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən 500/400/220 kV-luq "Axalcixe" yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksək gərginlikli 400 kV-luq elektrik verilişi xəttinin açılış mərasimində iştirak etmək məqsədi ilə dekabrın 11-də Gürcüstanda rəsmi səfərdə olacaq. Bu barədə Energetika Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən nümayəndə heyətinin tərkibinə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov və digər rəsmi şəxslər daxildir. Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Avropa İttifaqının nümayəndələri, səfirlər və digər yüksək səviyyəli rəsmilər iştirak edəcək.
Layihə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin bir hissəsi olaraq, Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmasını, həmçinin elektrik enerjisi ixracını təmin edəcək. Layihə həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info