“AtaSığorta”nın “Cənub” filialı fəaliyyətə başlayıb
Tarix: 09.12.2013 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“AtaSığorta” hər zaman müştərilərinə daha yaxın olması üçün yeni “Cənub” filialını istifadəyə verib. Lənkəran şəhərinin H.Aslanov küçəsi 48A ünvanında yerləşən yeni filialda müştərilərə müxtəlif çeşidli sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulub.
“Cənub” filialının açılış mərasimində iştirak edən “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev bildirib: “Şirkət hər zaman keyfiyyətli və operativ sığorta xidmətləri göstərməklə müştərilərinə daha yaxın olmaq üçün çalışır. Regionlarda yeni “AtaSığorta” filial və nümayəndəliklərinin açılması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və Strateji Plana uyğun olaraq xidmət şəbəkəsinin genişləndirilməsi bundan sonra da davam edəcək. İnanırıq ki, yeni filialın qayğıkeş əməkdaşları və ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcək”.
"AtaHolding" Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial və 10 nümayəndəlik daxildir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info