Azərbaycanın və Çinin idarəçilik akademiyaları arasında memorandum imzalanıb
Tarix: 09.12.2013 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərovun başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.
Dekabrın 9-da Çin İdarəçilik Akademiyasının katibi Çen Baoshen ilə keçirilmiş görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə qarşılıqlı səfərlərin rolunu vurğulayıb, təcrübə, elmi-tədqiqat nəşrlərinin və hesabatların mübadiləsinin, habelə hər iki ölkədə təşkil edilən elmi konfranslarda qarşılıqlı iştirakın təmin olunmasının əhəmiyyətini qeyd ediblər.
Görüşün sonunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Çin İdarəçilik Akademiyası arasında mübadilə və əməkdaşlıq haqqında memorandum imzalanıb.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Çinin dövlət qurumlarının təmsilçiləri və Çin İdarəçilik Akademiyasının dinləyiciləri üçün “Davamlı inkişaf və ekoloji sivilizasiyanın planlaşdırılması və idarə edilməsi: Azərbaycan təcrübəsi” mövzusundakı mühazirə oxuyub, sualları cavablandırıb.
Rektor U.Ələkbərov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanın 10 illik inkişafına həsr edilib “Десять лет, изменившие Азербайджан: 2003-2013” kitabının nüsxələrini və digər nəşrləri Çin İdarəçilik Akademiyasının kitabxanasına hədiyyə edib.
Dekabrın 13-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şanxay İdarəçilik Məktəbində görüşləri və mühazirələri nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info