Mançesterdəki tələbələrimizdən möhtəşəm tədbir
Tarix: 09.12.2013 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Mançester şəhərindəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirən Mançester Azərbaycan Cəmiyyəti "Azərbaycan gecə"si mədəniyyət tədbirini təşkil edib.
Mançester Universitetinin ən böyük konsert zallarından birində baş tutan gecədə tələbə və müəllim heyətinin əksəriyyət təşkil etdiyi 350-dən artıq qonaq iştirak edib.
Tədbirin birinci hissəsində qonaqlara azərbaycanlı tələbələrin hazırladıqları milli yeməklərimiz təklif olunub və onlar ölkəmizin müxtəlif bölgələrindən görüntüləri əks etdirən fotoşəkilləri seyr edərək Azərbaycan haqqında daha geniş şəkildə məlumatlandırılıblar.
Tədbir sonradan geniş mədəni hissə ilə davam edib. Bir-birinin ardınca azərbaycanlı və əcnəbi tələbələrin ifasında milli rəqs və mahnılarımız qonaqlara təqdim olunub. Malayziya, İspaniya və Çilidən olan tələbələrin müşayiəti ilə ingilis xanım Azərbaycan dilində "Sarı gəlin" mahnısını oxuyub və qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Azərbaycanlı tələbə ilə Trinidad və Tobaqolu xanımın birgə oynadıqları "Naz eləmə" rəqsi isə qonaqların böyük marağına səbəb olub. Əslən cənubi azərbaycanlı olan Britaniyalı xanım "Daşlı qala" mahnısını səsləndirib.
Gecənin ən əyləncəli anı əcnəbi qonaqlar arasındakı Azərbaycan rəqs yarışması olub. Məharətini yoxlamaq istəyən qonaqlar altı cütlüyə bölünüb və onlardan səslənən milli oyun havası altında rəqs etmələri buyurulub. Həddindən artıq maraqlı keçən yarışmanın qalibləri İran və ABŞ vətəndaşlarından ibarət cütlüyün olması müsabiqəyə həm də simvolik rəng də qatıb.
Bu il dördüncü dəfə təşkil olunmuş mədəni tədbir Mançester Azərbaycan Cəmiyyətinin ənənəvi tədbirlərindən biridir. Onu da qeyd edək ki, tədbir tələbələrin şəxsi ianələri hesabına reallaşıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info