Rusiya Federasiyası Konstitusiyasının 20 illiyinə həsr olunmuş turnir
Tarix: 09.12.2013 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Federasiyası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunmuş şahmat turniri keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində bildiriblər ki, eyni vaxtda 13 lövhədə şahmat oyunu seansı “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və Azərbaycanın Rus İcması tərəfindən təşkil edilib.
Şahmat turnirində Azərbaycanın Rus İcmasının üzvləri, Bakı şəhərinin yaradıcı ictimaiyyəti, habelə Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın və Məzahir Rüstəmov adına 32 nömrəli məktəbin şagirdləri iştirak ediblər.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərinin müavini Ravil Zaripov tədbiri açaraq Rusiyanın Əsas Qanununun qəbul edilməsinin 20 illiyinə həsr olunmuş bu turnirin xüsusi əhəmiyyətini vurğulayıb. R.Zaripov deyib: “Rusiya Konstitusiyasının ikinci fəsli şəxsiyyətin tamdəyərli və harmonik inkişafına həsr edilib. Şübhə yoxdur ki, dünyada ən qədim intellektual oyun olan şahmat yaradıcılıq istedadlarının inkişafına kömək edir. Buna analoji olaraq deyə bilərəm ki, konstitusiya əsas qanun olduğu kimi, şahmat da bəşər tarixində əsas inkişafetdirici oyundur”.
Rusiya və Azərbaycan şahmatın inkişafına sanballı töhfələr verib, beynəlxalq şahmat arenasında görkəmli uğurlar qazanıblar. Bunu qeyd etmək kifayətdir ki, 2013-cü ilin noyabr ayında Azərbaycanın şahmat üzrə yığma komandası 2009-cu ildə qazandığı uğuru təkrarlayaraq Avropa çempionu olub.
Lap yaxın günlərdə, 2013-cü il dekabrın 5-də isə Türkiyənin Antalya şəhərində başa çatmış şahmat üzrə dünya komanda çempionatında Rusiya yığması qalib gəlib.
FİDE-nin Baş Assambleyasının qərarına əsasən, 2015-ci ilin iyul ayında Bakıda Şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək, 2016-cı ilin payızında isə Azərbaycan paytaxtı 42-ci Şahmat Olimpiadasına ev sahibliyi edəcək.
Turnirdə seans verən Aleksandr Kosolapov tədbir iştirakçıları qarşısında çıxış edib. O, Bakıda şahmatın inkişaf tarixi barədə söhbət açıb. Bakı şəhərindəki 26 nömrəli məktəbin şagirdi Alina Berzigiyarova tədbirə toplaşanlar qarşısında A.S.Puşkinin “Yevgeni Onegin” poemasından bir parçanı oxuyub.
Eyni vaxtda oyun seansının bütün iştirakçılarına mükafatlar təqdim edilib.
Oyun seansında Azərbaycanın Rus İcmasının Respublika Şurasının üzvü Yuri Zenin, Rus İcmasının üzvləri Anton Durnev, Aleksey Şandıbin, Aleksandr Rubanov, Vyaçeslav Dunayev, Mixail Dunayev, yazıçı Paşa Yusifov, Vaqif Ələkbərov, Şamil Hacıyev, Bakı şəhərindəki 160 nömrəli Klassik Gimnaziyanın şagirdləri Anna Qauzer, Zaur Abbasov, Çingiz Hacıverdiyev və Bakı şəhərindəki Məzahir Rüstəmov adına 32 nömrəli məktəbin şagirdi Tamara Dunayeva iştirak edirdi.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info