Torpaqların qiymətləndirilməsi üçün yeni metodologiyadan istifadə olunacaq
Tarix: 09.12.2013 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda torpaq sahələrinin bazar qiymətinin formalaşması zamanı yeni metodologiyadan istifadə olunacaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə verdiyi açıqlamasında bildirdi ki, yeni üsul Avropa Birliyinin dəstəyi ilə İsveçin «Lantmateriet» və Latviya Dövlət Torpaq Xidməti ilə birlikdə hazırlanıb. Belə ki, bu proses zamanı əvvəllər nəzərə alınmayan cəhətlər əsas götürülür. Q.Məmmədov qeyd etdi ki, Avropa Birliyi Azərbaycana torpaqların bazar qiymətinin formalaşması istiqamətində dəstək göstərir: «Məsələn, Azərbaycanda ən yaxşı və keyfiyyətli torpaq dağ-qara torpaqlarıdır. Onlar Gədəbəydə yayılıb. Abşeronda isə boz-qonur torpaqlar yayılıb. Bu xüsusiyyətlərinə görə, Gədəbəyə 100 bal, Abşeron torpaqlarına isə 40 bal verilir. Lakin Abşeron torpaqları iqtisadi cəhətdən Gədəbəy torpağından qat-qat bahadır. Hesablamalar da göstərib ki, bu torpaqlardan əldə olunan gəlir də yüksək olur. Yeni üsulla Abşeronun paytaxta yaxın olması, infrastruktur, elektrik, qaz, bazara yaxın olması və s. kimi parametrləri nəzərə alınır. Amma bu vaxta qədər torpağın bonitirovkası və iqtisadi cəhətdən qiymətləndirilməsi zamanı bu məqamlar nəzərə alınmırdı”. Q. Məmmədov torpağın qiymətləndirilməsi zamanı artıq yeni metodologiyanın tətbiq olunduğunu vurğuladı.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info