Peşə məktəblərini bitirənlərin işlə təminatı məsələsi həll olunacaq
Tarix: 09.12.2013 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Peşə məktəblərini bitirən məzunların işlə təminatı məsələsində yeniliklər tətbiq olunacaq. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, hazırda Təhsil Nazirliyi tərəfindən əmək qanunvericiliyinə müvafiq düzəlişlərin həyata keçirilməsi ilə əlaqədar olaraq təkliflər paketi hazırlanır və bunlar hazır olduqdan sonra hökumətə təqdim ediləcək.
Nazirlik rəsmisi qeyd edib ki, bu proseslərə sosial partnyorlar daha çox cəlb ediləcək: “Çünki bizim fikrimizcə, işəgötürən təşkilatlar kadr hazırlığı prosesinin mərkəzində olsalar daha yaxşı nəticə əldə olunar. Bununla tərəfdaşlar öz ehtiyaclarını daha asan şəkildə müəyyən etmək imkanı əldə edəcəklər. Biz çalışacağıq ki, bu yolla peşə təhsili müəssisəsini bitirənlərin işlə təmin edilməsini gücləndirək”. N.Məmmədov qeyd edib ki, peşə təhsili müəssisələrinin nəzdində qısamüddətli kurslar yaradılacaq. Onun sözlərinə görə, bu kurslar vasitəsilə qısa müddət ərzində iş tapmaq istəyən, işləməyən vətəndaşların işlə təmin olunması mümkün olacaq. Şöbə müdiri vurğulayıb ki, yeniliklər çərçivəsində məzunların işlə təmin olunması istiqamətində həm dövlət qurumları ilə birgə addımlar atılacaq, həm mövcud normativ hüquqi bazanın yeniləşdirilməsi aparılacaq, həm də işəgötürən təşkilatların bu işdə iştirakı sürətləndiriləcək. Gələn ildən başlayaraq Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müasir peşə məktəblərinin yaradılması istiqamətində sosial partnyorların peşə hazırlığına cəlb edilməsi, şəbəkənin optimallaşdırılması istiqamətində işlər görüləcək. Beynəlxalq və yerli təşkilatlar, iri maliyyə strukturlarının prosesə cəlb olunması nəticəsində nəinki Bakıda, hətta regionlarda yeni müasir tipli peşə təhsili kompleksləri yaradılacaq. Yeni tikiləcək komplekslər nəqliyyat, tikinti, İKT, sənaye avadanlıqları üzrə ixtisaslaşmış müəssisələr olacaq. Növbəti ildən iki peşə təhsili müəssisəsinin sıfırdan yaradılmasının nəzərdə tutulduğunu deyən şöbə müdiri bildirib ki, bu müəssisələrdə müasir avadanlıqlar yerləşdiriləcək: “Müəssisələrdə məzmunun təkmilləşdirilməsi ilə yanaşı, xaricdən mütəxəssislərin dəvət olunması nəzərdə tutulur. Çünki xaricdən mütəxəssislərin dəvət olunması ondan ibarətdir ki, bizim hazırladığımız mütəxəssislər nəinki yerli bazara, dünya əmək bazarına da uyğunlaşsınlar. Bu prosesdə beynəlxalq partnyorlardan da istifadə etməliyik”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info