“Xaricdə təhsil alan gənclər diasporun aparıcı qüvvəsidir”
Tarix: 09.12.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Elbrus Orucov: “Beynəlxalq Kipr Universiteti öz tələbələrinə Şimali Kiprin özəl sektorlarında təcrübə keçmək imkan yaradır”

Təhsilin keyfiyyəti hüdudları olmayan bir proses olduğunu deyən ölkə başçısının sözlərinə görə, təhsil hər bir ölkənin gələcəyini təmin edir. Bu gün bir faktdır ki, ölkədə təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi prioritet istiqamətlərdəndir. Məhz bunun nəticəsidir ki, bu gün azərbaycanlı gənclər xarici ölkələrin müxtəlif ali təhsil ocaqlarında təhsil alırlar. Ölkədə bu istiqamətdə qəbul edilən Dövlət Proqramı da gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar açır. Gənclərimiz xarici ölkələrdə təhsil almaqla yanaşı, həmin ölkələrdə diaspor nümayəndəsi kimi də ölkəmizi təmsil edirlər. Azərbaycanın nəinki ölkə daxilində, onun hüdudlarından kənarda da dövlətimizin təəssübünü çəkən, Vətənə xidmət işini öz amalına çevirən gənclər ordusu formalaşıb. Müsahibimiz Kipr Beynəlxalq Universitetinin tələbəsi Elbrus Orucovdur:

- Mən 1995-ci ildə Abşeron rayonunda anadan olmuşam. İbtidai və orta təhsilimi Xırdalan şəhər 3 saylı orta məktəbdə almışam. Kipr Beynəlxalq Universiteti Azərbaycanda “Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi" mövzusunda seminar təşkil etmişdi. Seminarda Bakı, Sumqayıt və digər bölgələrin məktəb, lisey və universitetlərindən olan müəllimlər iştirak edirdi. Seminarın sonunda kursu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim olundu. “ANS” telekanalının “Ağıl dəryası” intellektual verilişinin 2 qalibinin həmin telekanalın sponsorluğu ilə Kipr Beynəlxalq Universitetində 4 il təhsil alması üçün ödənişsiz təhsil paketi isə telekanalın rəhbərliyinə təqdim edildi. Mən də 2012-ci ildə “Ağıl dəryası” verilişində iştirak etmişəm. Həmin verilişdə 2-ci yerə layiq görüldüm. Bu veriliş Təhsil Nazirliyi və adıçəkilən telekanalın ortaq layihəsi idi. Verilişin qaliblərindən biri olduğum üçün Şimali Kipr Türk Respublikasında yerləşən Kipr Beynəlxalq Universtetində pulsuz təhsillə və imtahansız attestatla mükafatlandırılmışam. Hazırda həmin universitetdə Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıram. İngilis, rus, türk və türkmən dillərində səlis danışa bilirəm. Ayrıca kürd və fransız dillərindəndə anlayışım var. Həmçinin idman növlərindən boksla məşğul oluram. Əsas marağım isə siyasətdir.
- Təhsil aldığınız universitetdə tələbələr üçün yaradılan şəraitlə bağlı nə deyərdiniz?
- Universitetimizdə tələbələr üçün geniş və hərtərəfli imkanlar yaradılıb. Təhsil səviyyəsinin yüksəkliyi ilə yanaşı, tələbələrin istirahəti və digər fəaliyyətlər ilə məşğul olması üçün geniş imkan yaradılıb. Universitet ən son güclü texnalogiyalara sahibdir. Onu da qeyd edim ki, bu il Bakıda yerləşən “Golden Coast” otelində Kipr Beynəlxalq Universitetinin tanıtım mərasimi keçirildi. Tədbirdə Kipr Beynəlxalq Universitetinin idarə heyəti ilə yanaşı, təhsil sahəsində çalışan işçilər, mətbuat və Şimali Kipir Türk Cümhuriyyətinin Azərbaycandakı konsulu Səadətdin Topukçu da iştirak etmişdi. Kipr Beynəlxalq Universitetinin Bakı nümayəndəliyi daha bir önəmli addım atdı. Belə ki, “Vəfa” Ziyalı Qadınlar İctimai Birliyinin yaranmasının 5 yaşı tamam olması və bu birliyin təsis etdiyi "Vəfa" Forum jurnalının ilk buraxılışının nəşr olunması ilə əlaqədar təşkil olunan möhtəşəm seminar-ziyafətdə iştirakına nail oldu. Beynəlxalq Kipr Universiteti müasir dövrün tələbatını qarşılayan bütün texnoloji avadanlıqlar və müasir tələbə şəhərciyi ilə təmin olunub, ciddi və güvənilən bir tədris mərkəzidir. Beynəlxalq Kipr Universiteti öz tələbələrinə Şimali Kipr Türk Cümhuriyyətinin ən böyük özəl sektorlarında təcrübə əldə etmək imkan yaratmaqdadır. Universitetin əsas məqsədi ixtisasını mükəmməl mənimsəmiş, kompyuter bacarıqlarını maksimum səviyyəyə çatdırmış, ingilis dilindən səlist şəkildə istifadə edən tələbələr yetişdirməkdir. Tələbə şəhərciyinin daxilindəki idman və ictimai fəaliyyətlər, tələbə birlikləri tələbələrin gündəlik həyatının daha rəngarəng keçməsinə səbəb olur. Bütün bunlarla yanaşı, tələbələrin Beynəlxalq Kipr Universitetini tərcih etmələrinin digər səbəbləri isə odur ki, burada 48 fərqli ölkədən tələbələr təhsil alır. Eləcə də 1/20 müəllim tələbə nisbəti mövcuddur. YÖK təsdiqli, bütün dünyada qəbul olunan diplomla təminat var, UNESCO-nun dünya universitetləri siyahısında olması, Elektron kitabxana ilə milyonlarla kitaba yiyələnmə, 4500 fərqli nöqtədən ödənişsiz və kəsintisiz internetdən istifadə imkanı, hər tələbəyə şəxsi e-mail adresi və veb sahəsi, 2460 yataq tutumlu yataqxanalar var. Qurulduğu 1997-ci ildən etibarən TC Yüksək Öyrətim Kurulu (YÖK) tərəfindən bütün bölmələr üzrə ÖSYM siyahısına daxil edilib. Fərqli ölkələrdən gələn tələbələri ilə beynəlxalq imicə sahib olan Beynəlxalq Kipr Universiteti Tükiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulu (YÖK), Yüksəköyrətim Planlaşdırma, Yoxlama, Akkreditasiya və Kordinasiya Kurulu (YÖDAK), The Federation of the İslamic World, Europen Councilfor Business Education, Council on Hotel, Restaurant and İnstitutional, Association of İnternational Educators, The National Recognition İnformation Centre for the United Kingdom, The Europen Consortium for Political Research, Europen Association for İnternational Education (EAİE) və İnternational Association of Universities kimi qurumların üzvüdür.
- Oradakı tələbələri Azərbaycan haqqında necə məlumatlandırırsınız?
- Universitetimizdə 48 ölkədən olan tələbələr təhsil alır. Bu tələbələrə əsasən ölkəmizi milli bayramlarında keçirdiyimiz tədbirlər vasitəsi ilə tanıdırıq. Amma çox istərdik ki, bu sahədə Azərbaycandan maddi və mənəvi cəhətdən dəstək alaq. Bizim bu yolda addımlamağımız üçün yetərincə dəstək olmalıdır. Ancaq yenədə biz bir azərbaycanlı olaraq yolumuzu davam etdiririk. Azərbaycanımızı layiqincə tanıtmaq üçün əlimizdən gələni əsirgəmirik. Hər il Azərbaycanın bayramlarını lazımınca qeyd edirik. Bütün tələbələr bunun şahidi olur və bizim kim olduğumuzu öyrənirlər.
- Xaricdə təhsil alan gənclərimiz üçün diaspor fəaliyyəti nə dərəcədə önəmlidir?
- Xaricdə təhsil alan hər bir gənc həmin ölkənin xaricdəki nümayəndəsidir və diasporun məncə ən əsas aparıcı qüvvəsidir. Mənim fikrimcə, təhsilli bir gənc təhsilsiz və yalnızca o ölkəyə maddi qazanc üçün gedənlərdən daha ətraflı ölkəsini tanıda bilər. Bu gün ölkəmiz inkişaf edib, sürətli iqtisadi inkişafı göz qabağındadır və yetərincə büdcəsi var. Bu baxımdan ümid edirəm ki, ölkəmizin xaricdəki tələbələrə dəstək olmaq imkanı da var. Fikrimcə, xaricdə oxuyan gənclərə daha çox önəm verilməlidir. Çünki onlar Azərbaycanı təmsil edirlər.
- Yerli əhalinin Azərbaycana qarşı münasibəti necədir ?
- Yerli əhalinin Azərbaycandan gələn insanlara münasibətinə gəldikdə, xalqın böyük bir qismi bizə öz millətindən olduğumuz üçün isti münasibətini qoruyub saxlayır. Ümid edirəm bu, hər zaman belə olacaq. Azərbaycanın gözəlliyinə heyrandırlar. Azərbaycanı gəlib gəzməyi çox istəyirlər. Bizdə onları dəvət edirik ki, gəlsinlər bizim necə istiqanlı millət olduğumuzu görsünlər.
- Ölkəmizdə gənclər üçün xaricdə təhsil imkanlarının yaradılmasını necə qiymətləndirirsiniz?
- Ölkəmizdə gənclərimizin xaricdə təhsil almağı üçün fəaliyyətlər var, amma bir qədər geniş əhatəli olsa daha yaxşı olardı. Biz dövlətin dəstəyini yüksək qiymətləndiririk. Amma hesab edirəm ki, bu dəstəyin əhatə dairəsi genişləndirilməlidir. Ümumiyyətlə, xaricdə təhsil alamaq hər bir gəncin arzusudur. Unutmayaq ki, bir qələm, bir dəftər və bir gənc dünyanı dəyişə bilər....
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info