Yanukoviç dialoqa razılıq verib
Tarix: 09.12.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Viktor Yanukoviç sabiq prezident Leonid Kravçukun ölkədə yaranmış siyasi böhrandan çıxış yolu axtarmaq üçün dəyirmi masa keçirilməsi barədə təklifini qəbul edib.
“Ukrainskaya pravda” saytının məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. L.Kravçuk V. Yanukoviçə müraciət edərək ümummilli dəyirmi masa təşkil edilməsini və ora həm hakimiyyət, həm də müxalifət nümayəndələrinin dəvət olunmasını təklif edib. V. Yanukoviç bu ideyanı dəstəkləyib. O, hesab edir ki, belə bir dəyirmi masa tərəflərin bir-birini anlamasına şərait yarada bilər. Qeyd edək ki, sabah sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenkonun Viktor Yanukoviçlə görüşü keçiriləcək. Görüşdə ölkədə yaranmış vəziyyət müzakirə olunacaq. Bu arada Ukrayna Daxili Qoşunlarının qərargah rəisinin birinci müavini Aleksandr Oleşşenko deyib ki, Daxili Qoşunlara meydandakı etiraz aksiyasını dağıtmaq barədə tapşırıq verilməyib. O bildirib ki, daxili qoşun bölmələrinin məqsədi yalnız ictimai asayişi qorumaqdır. Qeyd edək ki, Kiyevin mərkəzinə daxili qoşun bölmələri yeridilib. Onlar şəhərin mərkəzində etiraz aksiyası keçirən mitinqçiləri mühasirəyə alıblar.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info