ABŞ-da iki mindən çox aviareys təxirə salınıb
Tarix: 09.12.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


ABŞ aviaşirkətləri əlverişsiz hava üzündən iki mindən çox reysi ləğv ediblər. Güclü qar fırtınası əvvəlcə ABŞ-ın cənub və mərkəzi ştatlarını cənginə almış, sonra yavaş-yavaş ölkənin şərq sahillərinə doğru irəliləməyə başlayıb.
Bir sıra iri hava limanlarının, o cümlədən Dallas (Texas ştatı) və Vaşinqton aeroportlarının işi pozulub. Dallas aeroportu uçuş zolaqlarının buz bağlaması üzündən dekabrın 8-də 400-dək reysi ləğv edib. Reysi təxirə salınan sərnişinlərə pulsuz sendviç və qəhvə paylanır. Sərnişinlər darıxmasın deyə musiqiçi və aktyorların iştirakı ilə konsert proqramı təşkil edilib. Vaşinqtondakı Dalles adına hava limanında da ciddi ləngimələr və reyslərin təxirə salınması müşahidə olunur. Hakimiyyət orqanlarının nümayəndələri vətəndaşlara müraciət edərək, onları ehtiyatlı olmağa və imkan daxilində şəxsi nəqliyyatdan imtina etməyə çağırırlar. Asviaşirkətlər sərnişinlərə aeroporta gəlməmişdən əvvəl öz reysləri barədə informasiyanı dəqiqləşdirməyi tövsiyə edirlər. Meteoroloqların proqnozlarına görə, ABŞ-ın şərq sahilləri hələ bir neçə gün soyuq siklonun əsarətində olacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info