Qəzet yayımı ilə bağlı yeni köşklərə ehtiyac var
Tarix: 09.12.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının (MŞ) qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, rəhbərlik etdiyi qurum dekabrın 2-də ilk toplantısını keçirmişdi və həmin toplantıda Bakının müxtəlif yerlərində qəzet köşklərinin vəziyyəti ilə əlaqədar yoxlamaların aparılması qərara alınmışdı.
Ötən müddətdə komissiya üzvləri bu işi həyata keçiriblər. Paytaxtın Xətai, Nərimanov, Suraxanı, Sabunçu, Qaradağ, Səbail, Yasamal, Nizami və digər rayonlarında, müxtəlif kənd və qəsəbələrdə qəzet köşklərinin dislokasiya vəziyyəti araşdırılıb. Komissiya üzvləri müəyyənləşdiriblər ki, sözügedən rayonların demək olar hamısında yeni köşklərə ehtiyac var. Paytaxtdakı yeni köşklərdə satış həyata keçirən "Əks-səda" firmasının rəhbəri Vüqar Həsənlinin də qatıldığı iclasda, eyni, zamanda sözügedən qurumun yayım şəbəkəsini genişləndirməklə bağlı təkliflərinə nəzər salınıb. V.Həsənli təmsil olunduğu firmanın yaxın günlərdə paytaxta daha 60 qəzet köşkünü gətirəcəyi barədə məlumat verib və bildirib ki, onların yerləşdirilməsi prosesində MŞ-nin komissiyasının rəyi nəzərə alınacaq. İclasda şəhərin bir çox ərazisində qəzetlərin satışı ilə bağlı yaranmış problemin tədricən qaydasına düşdüyü qeyd edilsə də, ümumən vəziyyətin düzəlməsində Bakı Metropoliteninin stansiyalarında satış işinin bərpasının vacib məqam olduğu vurğulanıb və komissiyanın mövcud istiqamətdə fəaliyyət göstərməsinin mühüm əhəmiyyət daşıdığı önə çəkilib.
Toplantıda o da diqqətə çatdırılıb ki, bir çox qəzet köşklərinin stendlərində daha çox adı MŞ-nin peşə prinsiplərinə etinasız yanaşan kütləvi informasiya vasitələri üçün tərtib etdiyi "qara siyahı"da yer alan nəşrlərə rast gəlinir.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info