“Yaşayan Yunus İmrə” beynəlxalq elmi konfransı
Tarix: 09.12.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Yaşayan Yunus İmrə” mövzusunda beynəlxalq elmi konfrans
keçirilib.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və mətbuat müşavirliyinin, Türkiyənin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi Bakı proqram əlaqələndirmə ofisinin təşkilatçılığı ilə keçirilən konfransda türk xalqlarının ədəbiyyat, incəsənət və mədəniyyət nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib ki, XIII yüzilliyin yetişdirdiyi təsəvvüf şairi Yunus İmrə təkcə türk xalqlarının deyil, həm də türk-islam sivilizasiyalar dünyasının böyük şairidir. İlahi varlığa yaxınlığın yolları, onun varlığına inam, insanların könül dünyasında Allah sevgisi yaratmaq, onları haqq yoluna çağırmaq onun ilahi şeirlərinin əsas mövzusu idi. Yunus İmrə 700 il bundan əvvəl günümüzə uzanan ortaq bir dil körpüsü yaradıb. Onun yazdığı sadə ilahilər türk dilinin gözəlliyini ortaya qoymuş və bu dilin geniş imkanları olduğunu göstərib. İnstitutun direktoru bildirib ki, türk ədəbiyyatında Yunus İmrənin həyat və yaradıcılığı müxtəlif yönlərdən araşdırılıb. Azərbaycan ədəbiyyatşünaslığında isə şairin yaradıcılığına maraq XX əsrin əvvəllərindən başlamışdır. Yunus İmrənin qəbrinin Qaxda olması inamı Azərbaycanda bu türk övliyasına olan məhəbbətdən xəbər verir. Böyük sənətkar haqqında Azərbaycanda dissertasiya müdafiə edilməsi, monoqrafiya və elmi məqalələrin çap olunması ölkəmizdə Yunus İmrənin ölməz sənətinə olan marağın və sevginin ifadəsidir. Qeyd edilib ki, “Yaşayan Yunus İmrə” konfransı ortaq türk dəyərlərinin formalaşmasına, eyni zamanda, yaradıcı insanlar arasında da əlaqələrin inkişafına özünün sanballı töhfələrini verəcək. Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun “Yaşayan Yunus İmrə” Beynəlxalq konfransının Bakıda keçirilməsini Azərbaycanın əldə etdiyi uğurlardan biri kimi dəyərləndirib. Səfir indiki qlobal münaqişələr dövründə konfransın dostluq, həmrəylik və birlik körpülərinin daha da möhkəmlənməsinə zəmin yaradacağını, o cümlədən Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinə əhəmiyyətli töhfə verəcəyini vurğulayıb. Konfransda Bakı Yunus İmrə Türk Mədəniyyət Mərkəzinin sədri Səriyyə Gündoğdu, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və mətbuat müşaviri Seyid Əhməd Arslan və AMEA-nın müxbir üzvü, Ədəbiyyat İnstitutu direktorunun müavini Teymur Kərimli çıxış edərək Yunus İmrəni yetişdirən mühitdən, onun insanları sevgiyə səsləyən şeirlərinin bədii-estetik xüsusiyyətlərindən danışıblar. Şeirlərində insanları öz içində haqqı tapmağa və sevgiyə səsləyən Yunus İmrənin yaradıcılığının bu gün də türkdilli xalqların elmi dairələrində, ədəbi mühitində geniş öyrənildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Yunus İmrənin könülləri titrədən şeirləri türk dilinin incisidir. Çıxışlarda vurğulanıb ki, Yunus şəxsiyyəti Allahın insanlığa böyük bir lütfüdür. Yunus İmrənin zaman-zaman insanların yaddaşından adlayıb gəlmiş fəlsəfi şeirləri və müdrik kəlamları onun sözünün ölməzliyindən, əbədiliyindən xəbər verir. Bu böyük türk şairi onu sevənlərin könlündə daim yaşayacaq. Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Bölmələrdə Yunus İmrənin həyat və yaradıcılığı ilə bağlı 70-dən artıq məruzə dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info