Qafqaz Universitetində laboratoriya kompleksinin açılışı olub
Tarix: 09.12.2013 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin Mexanika mühəndisliyi fakültəsinin laboratoriya kompleksinin açılışı olub. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Təhsil Mərkəzi Təhsil şurasının sədri dossent Ənvər Özərən , BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birell , millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak edib və lent kəsilib.
Qafqaz Universitetinin rektoru professor Ahmed Saniç bildirib ki, bu laboratoriya “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub. İkimərtəbəli bina FAB boyalarının, laboratoriyaların avadanlıqları isə “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. 2011-ci ildə layihənin birinci mərhələsi olan kimya mühəndisliyi laboratoriyaları istifadəyə verilib. Layihənin ikinci mərhələsi isə dekabrın 9-da mexanika mühəndisliyi ixtisasının layihələndirmə və adekvat modelləmə, təxribatsız sınaq üsulları, material və metalloqrafiya, materiallar müqaviməti, aerodinamika və maye mexanikası, istilik elmləri və istilik keçiriciliyi, emal üsulları, daxili yanma mühərrikləri və avtomobil, mexaniki vibrasiya və səs nəzarəti, avtomatik nəzarət, mexanizmlər və maşın dinamikası laboratoriyalarının açılışı ilə davam edib.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün cox fərəhli bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu neft kontraktları bu gün öz bəhrəsini verir. Prezident İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirək" siyasəti uğurla davam edir. R.Abdullayev çıxışında bildirib ki, müxtəlif böyük layihələrin həyata keçirilməsi üçün Azərbaycanda mütəxəssislərə ehtiyac var. Kadrların xarici ölkələrdə hazırlanması çox böyük vəsait tələb edir. Buna görə də Azərbaycan universitetləri ilə bir çox şirkətlər arasında əlaqələrin qurulması vacibdir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının həyata keçirilməsi önəmlidir.
Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri dossent Ənvər Özərən ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Çağ Öyrətim şirkətinin Prezident İlham Əliyevin diqqəti ilə inkişaf etdiyini vurğulayıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info