Daha bir yolun əsaslı təmiri başa çatdı
Tarix: 10.12.2013 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Bu gün "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən məlumat verilib.
Bununla bağlı tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin baş direktou Əli Əşrəf Lütfəlibəyov və müvafiq qurumların rəhbərləri iştirak ediblər.
Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilən əsaslı təmir işləri "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri tərəfindən həyata keçirilib.
İlk 100-cü kilometrin təmiri 21 iyul 2012-ci ildə Mingəçevir stansiyasında, 200-cü kilometrin əsaslı təmiri 8-15 mart 2013-cü ildə dəmir yolunun Qarabucaq-Müsüslü mənzilində həyata keçirilib. Eyni zamanda bu günə kimi əsaslı təmir olunmuş 300 kilometrin 240 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.
Əsaslı təmir işləri İnfrastruktur Departamenti tərəfindən hazırlanan Bakı-Böyük Kəsik istiqamətində nəzərdə tutulan kilometrlərin əsaslı təmir ardıcıllığı siyahısına uyğun həyata keçirilirdi. Qeyd edək ki, bütün bu müddət ərzində yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info