ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Astara rayonunda olub
Tarix: 10.12.2013 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Dekabrın 9-da ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Rocer Riqaud və diplomatik nümayəndəliyin digər əməkdaşları Astara rayonuna səfər ediblər.
Astara Rayon İcra Hakimiyyətində amerikalı qonaqlarla görüş keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ABŞ səfirliyinin nümayəndələrinə Astaranın coğrafi mövqeyi, iqtisadiyyatı, əhalisi haqqında məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Astara rayonunda abadlıq və quruculuq işlərinin ildən-ilə artması amerikalı qonaqların diqqətinə çatdırılıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında dostluq əlaqələrinin daha da genişləndirilməsində belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Azərbaycanın Astara rayonu ilə Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının San-Diyeqo şəhərinin qardaşlaşması təklifi irəli sürülüb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan səmimi və işgüzar görüşə görə təşəkkürünü bildirib, Azərbaycanın çox gözəl və səfalı guşəsi olan Astaraya bundan sonra tez-tez səfər edəcəyini söyləyib.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info