“15 dekabr mitinqi müxalifətin iflasını bir daha təsdiqləyəcək”
Tarix: 10.12.2013 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


“Müxalifətin mitinqləri həmişə nə ilə nəticələnibsə, 15 dekabr mitinqinin sonluğu da eyni olacaq”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rasyon təşkilatının sədri Aydın Hüseynov Milli Şuranın 15 dekabr mirinqinə münasibət bildirərkən deyib.
Aydın Hüseynov əlavə edib ki, həmişə boyundan yuixarı tullanmağa çalışan, iddalı danışan radikal müxalifətin mitinqlərinə bir-iki min adam çıxıb: “Bu da onların sosial dayaqlarının, cəmiyyətdən dəstəklərinin olmaması ilə bağlıdır. Müxalifət həmişə düşünülməmiş addım atdığına görə, gülünc vəziyyətə düşüb. Bu da onların siyasi savadsızlığı və vəziyyəti düzgün qiymətləndirə bilməmələri ilə bağlıdır. Bir zamanlar onlar narıncı rəngə boyanmışdılar, daha sonra ərəb ölkələrində baş verənlərdən ruhlanaraq bu iğtişaşları Azərbaycana daşımaq istədilər. Bunların da hamısı fiasko ilə nəticələndi. Çünki cəmiyyət antimilli addmlara heç bir zaman dəstək verməyib və verməyəcək. İndi də Ukraynada baş verən hadisələrdən ruhlanıblar. Fikir verirsinizsə, yenə də icazəsiz mitinq keçirməklə təxribat törətməyə çalışırlar. İstənilən halda xalqımız bu addımlara qarşıdır və bunu hər zaman göstərib. 9 oktyabrda da xalq iradəsini bir daha ortaya qoydu və cənab prezidentin yanında olduğunu nümayiş etdirdi. Buna görə də 15 dekabr mitinqi müxalifətin iflasını bir daha təsdiqləyəcək”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info