Müəllim hazırlığında keyfiyyət zamanın tələbidir
Tarix: 10.12.2013 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Ulu öndərimiz Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli ”Azərbaycan Respublikası Təhsil Sahəsində İslahat proqramı” haqqında fərmanı ilə başlayan təhsil islahatının ən böyük uğurları məhz təhsilin keyfiyyətinin yüksəldilməsi ilə dəyərləndirilir desək səhv etmərik.
Təlim- tərbiyə prosesinin mürəkkəb, çoxşaxəli bir sistem olması hamıya məlumdur. İnsan təbiəti dərk etmə prosesində öz təsəvvür dairəsindən qoparaq özünün təsəvvür imkanları xaricində onların açıqlamasına və ya dərk edilməsinə nail olur. İnteqrasiya şəxsiyyətin modelləşdirilməsini tezləşdirir, sağlam dünyagörüşünün formalaşması şüurda fəlsəfi fikirləri tərbiyə edir. Təlim-tərbiyə prosesində uşaq şəxsiyyətdir, ənənəvi dərslərdən fərqli olaraq, uşaq bilikləri inteqrasiya yolu ilə əldə etməyi, nəticə çıxarmağı, sübut etməyi, isbat etməyi öyrənməyi vərdiş etməklə öyrənməyə imkanı artır, yaddaqalma və möhkəmləndirmə təmin olunur. Şagirdlərin fəaliyyəti ön plana çəkilir, şagird müstəqilləşir, istedadlı uşaqlar öz bacarıqlarını göstərmək imkanı əldə edirlər. Bu işdə peşəkar, səriştəli, işinin ustası olan müəllim təhsil uğurlarının təminatçısı, pedaqoji kollektivləri düşündürən mühüm məsələlərin həlli yolunda yardımçımızdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Təhsil hər bir ölkənin gələcəyini müəyyən edir. Hər bir ölkənin intellektual potensialı təhsil ocaqlarında yaradılır. O ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Azərbaycanın hələlik inkişafı məhz təhsillə bağlıdır” sözlərinin real həlli üçün təhsilimizin yeni-yeni nailiyyətlər qazanmasında aparıcı sima müəllimdir. Təlim prosesinin keyfiyyətini yüksəltmək üçün biliklərin başa düşülməsinə və qazanılmasına kömək edən mühüm qərarların qəbulu seçilmiş əsas məlumatların istifadəsidir. Təhsilin keyfiyyəti anlayışı ilk növbədə sosial kateqoriya kimi cəmiyyətdə təhsil prosesinin vəzifəsini və səmərəliliyini göstərir, eyni zamanda, şəxsiyyətin vətəndaşlıq və peşə səmərəliliyinin tələblərinə uyğunluğunu göstərir. Təhsilin keyfiyyət aspektləri - təhsilin məzmunu, təlimin formaları və metodları, tədris-maddi və maddi-texniki bazanın vəziyyəti, kadrların təminatı nəzərdə tutulur. Təhsilin keyfiyyətini səciyyələndirən təhsilin idarə olunmasının təhsil prosesinin nəticələrinin mərhələləri üzrə müşahidə edilməsi hər bir mərhələdə qarşıya qoyulmuş vəzifələrin optimal yerləşdirilməsi səbəbinin aşkarlanmasını zəruri hesab edir.
Müstəqil respublikanın davamlı inkişafı insan potensialının inkişafından, insan potensialının inkişafı keyfiyyətli təhsil sistemindən, təhsil sisteminin inkişafı isə professor-müəllim heyətinin normal fəaliyyətinin təmin edilməsindən asılıdır. İnsan potensialının inkişafını daim diqqət mərkəzində saxlayan respublika Prezidenti cənab İlham Əliyev deyir: “... insanlarımızın intellektual potensialı çox yüksəkdir”.
Təhsil keyfiyyətini şərtləndirən amillər-ilk növbədə orta təhsilin keyfiyyəti, yalnız şagirdlərin əldə etdiyi bilik, bacarıq və vərdişlərin səviyyəsi ilə ölçülə bilməz. Keyfiyyətli tədris prosesin qurulmasından asılıdır. Təhsilin keyfiyyəti çoxparametrli (çoxaspektli) olduğundan onun birmənalı təyini olduqca çətindir. Əsas odur ki, orta təhsil məkanını tərk edən şəxs müstəqil həyata keyfiyyətli insan kimi atılsın, yəni o, sağlam düşüncə və zəruri hallarda məsuliyyəti üzərinə götürməyə, müstəqil qərarlar qəbul etməyə, cəmiyyətin fəal, rəqabətə davamlı üzvü olmağa hazır olsun. Öyrənildiyi kimi, problem çox ciddidir və ümumi təhsil sistemində aparılan islahatlar önəmli işlər bu problemlərin aradan qaldırılmasına istiqamətləndirilmişdir. Keyfiyyət problemi birmənalı şəkildə müəllim kadrlarının hazırlığının təmin edilməsi ilə bağlıdır.
Təhsil müəssisəsinin inkişaf keyfiyyəti: təlim prosesinə innovasiya mövqeyindən yanaşma, strateji yanaşma tərzi zamanı dərəcəyə görə “birinci olamaq” strategiyası, diferensiallaşdırma strategiyası, yönəltmə strategiyası nəzərdə tutulur, keyfiyyət və kəmiyyət ölçülərinə diqqət yetirilir. “Şagirdə bilik onun qavraya biləcəyi şəkildə çatdırılmalıdır”, “Şagird müstəqilliyinə hörmət”, “Təhsildə şagirdin fərdi xüsusiyyəti nəzərə alınmalıdır”, “Şagird keçilən dərsdən zövq almalıdır”, “Məktəb valideynlərin etimadını qazanmalıdır”, “Yüksək səviyyəli müəllim və tərbiyəçilər hazırlanmalıdır”, “Şagird həyatın müxtəlif sahələrində mövqe tutmağa hazırlanmalıdır” kimi tendensiyalara əməl olunması hər bir təhsil işçisinin öz peşəsinə məsuliyyətlə yanaşmasından asılıdır. Təbii ki, işin keyfiyyətli öyrənilməsi insanda nəcib hisslər oyadır, onu heyran edir. Bu böyük vəzifənin yerinə yetirilməsi üçün prioritet istiqamət kimi təhsil sahəsində aparılan köklü islahatlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, onun inkişafının təmin edilməsi gündəmdədir. Azərbaycan təhsil sisteminin getdikcə dünya təhsil sisteminə inteqrasiyası, fərdi komponentlərin tədris prosesinə daxil olması təhsil müəssisələrinin hansı səviyyədə işləməsi və hələlik fəaliyyətlərinin proqnozlaşdırılması, təhsil müəssisələrində təlim-tərbiyə prosesinin iştirakçısının və nailiyyətinin vaxtında qiymətləndirilməsini gündəmə gətirmişdir. Eyni zamanda üç əsas istiqamətə diqqət yetirmək vacibdir:
- təlimin məzmunu (təhsilin dövlət standartları, fənn kurrikulumları) - uşağa nəyi, hansı həcmdə öyrətmək.
- təlim üsulları (pedaqoji texnologiyar, FİTT) uşağı necə öyrətmək.
- öyrətdiyi mühit (tədris prosesinin təşkili və təlim-tərbiyə prosesinə təsir edən amillər) - uşağı hansı şəraitdə öyrətmək.
Ümumi təhsil sistemində “hafizə”, “yaddaş” məktəbindən “təfəkkür”, “düşüncə” məktəbinə keçidin real əsası qoyulur.İctimai həyatın digər sahələri kimi, məktəb sferası da dəyişib inkişaf edir, pedaqoji proseslə bağlı fikir və ideyalar da daim dəyişir, yeni motivlər kəsb edir, beynəlxalq təcrübə hesabına təkmilləşib zənginləşir. Təbii qoyulmuş problemin həllində aparıcı, əsas sima müəllimdir.
Yaxşı müəllimi səciyyələndirən xüsusiyyətlər hansılardır deyəndə nələr nəzərdə tutulur:
I. Müəllimin biliyi və peşəkarlığı:
- Ünsiyyət - səmərəli ünsiyyət qurmağın əsaslarını bilir.
- Əməkdaşlıq - uşaqların nailiyyət qazanmalarına kömək məqsədilə əməkdaşlıq etmənin rolunu dərk edir.
- Sinfin idarə olunması - sinfin idarə olunmasının müasir əsaslarını bilir.
- Pedaqogika və innovasiya - müasir pedaqogika və innovasiya bilikləri vardır.
- Bütün şagirdlərin ehtiyaclarını hiss edir.
- Vaxtı düzgün bölmə qabiliyyəti - vaxt bölgüsünün tədris üçün əhəmiyyətini dərk edir.
- Özünü tanıtma - öz tədris fəaliyyəti və davranışın göstərdiyi təsiri dərk edir.
- Münaqişələrin həlli - münaqişələrin həllinin səmərəli yollarını bilir.
- Fənn bilikləri - dərin fənn biliklərinə malikdir.
- Mənəvi dəyərlər - yüksək etika bilikləri vardır.
- Müəllimlərin peşəkarlığı - müəllimlərin peşəkarlığı barədə dərin biliklərə malikdir.

Şagirdlərin göstərdiyi nəticələr - şagirdlərin nailiyyətlərini yaxşı müəllimin meyarı kimi qəbul edir.
II. Müəllimin bacarıq və davranışı:
- Şagirdlər, valideynlər və digər müəllimlərlə xoş münasibətlər qurur.
- Məktəbin sosial və peşəkar həyatında iştirak edir.
- Şagirdlərin faydalı biləcəyi demokratik öyrənmək mühiti yaradır.
- Bütün şagirdləri müsbət nəticələr verən fərdi iş və qrup fəaliyyətini tələb edir.
- Müstəqil və fəal təlimə dəstək verir.
- Bir çox tədris strategiyalarından faydalanır.
- Müxtəlif şagirdlərin ehtiyaclarını bilir və onların hamısını yaxşı oxumağa ruhlandırır.
- Xüsusi təlim ehtiyacları olan şagirdlərlə işi təşkil edə bilir.
- Şagirdləri fərdi inkişaf planlarının hazırlığına cəlb edir.
- Tədris və təlimin sənədləşdirilməsi də daxil olmaqla, tədris vaxtını səmərəli bölür.
- İxtisasartırma tədbirlərində iştirak edir.
- Öz tədris fəaliyyəti haqqında məlumat toplayır.
- Şagirdlərin obyektiv şəkildə qiymətləndirilməsi.
- Şagirdləri təhsillərindəki irəliləyişlərlə mütəmadi olaraq tanış edir.
- Müsabiqələr də daxil olmaqla müxtəlif regional və müəllimlərin peşəkar səviyyəsinin inkişafı tədbirlərində iştirak edir.
- Sinifdaxili təlim prosesini yerli, ümummilli və qlobal müəssisələrlə əlaqələndirir.
- Sinifdaxili fəaliyyətində ədalətlidir.

Öz peşəkarlıq səviyyəsinin inkişafı məsuliyyətini dərk edir və müəllim işçi qruplarında (dərsliklərin hazırlanması, metodoloji tədqiqatlar, kütləvi informasiya vasitələrinə çıxış) iştirak edir.
III. Əlavə səciyyəvi xüsusiyyəylər
- bütün həyatı boyunca öyrənmək həvəsi var.
- özünü səmərəli tədrisə həsr edir.
- şagirdlərlə çox həssas rəftar edir və onlara bir şəxsiyyət kimi baxır.
- yeni fikirləri alqışlayan yaradıcı şəxsiyyətdir.
- özünü tənqidi alqışlayır və dəyişməyə həmişə hazırdır.
- məsələlərə müxtəlif nəzər nöqtələrindən baxa bilir.
- dəyərləndirməyə yalnız mühakimə kimi deyil, həm də təlim kimi baxır.
- özünü Azərbaycanın işıqlı gələcəyinə və demokratikləşməsinə həsr edir.
- vətənpərvərdir.
- ictimaiyyətin fəal üzvüdür.
- davranışı uşaqlar və böyüklər üçün nümunədir.
- uşaqları sevən yaxşı insandır.
- işinə həvəslə yanaşır.
- müəllim şəxsiyyətini, daha geniş bir məfhum olan müəllim peşəsinin bir hissəsi hesab edir.
- şagirdlərin təhsilinə görə məsuliyyət duyur.
Müəllim hazırlığı ən vacib məsələlərdən biri olmuş və bu gün də olaraq qalır. Təlim-tərbiyəyə yeni baxışlar, inkişaf etmiş dünya ölkələrində özünü doğrultmuş üsul və metodların tətbiqi, təhsil sahəsində aparılan məqsədyönlü işlər müəllim əməyinin qiymətləndirilməsinə yeni yanaşmaların tətbiqini günün aktual problemlərindən birinə çevirmişdir.
Zülfiyyə Vəliyeva
AMİ-nin «Təhsildə İnnovasiya» kabinetinin əməkdaşı
Respublikanın Əməkdar müəllimi
M.Mehdizadə mükafatı laureatı




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info