“BP” və “Kazmunayqaz”ın əməkdaşları Təlim Mərkəzində təcrübə keçəcək
Tarix: 10.12.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


ARDNŞ-in dənizdə insan həyatının mühafizəsi üzrə
Təlim Mərkəzinin yeni hovuzunun açılışı olub


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində dəniz neftçilərinin həyatının xilas edilməsi məqsədi ilə məşqlərin keçirilməsi üçün nəzərdə tutulmuş hovuzun açılış mərasimi olub.
Mərasimdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, həmçinin şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzində inşa edilmiş hovuzda dəniz neftçilərinin xilas edilməsi ilə bağlı görülən tədbirlərlə bağlı məlumat verilib.
Bildirilib ki, 3000 kubmetr tutuma malik hovuzun uzunluğu 50 metr, eni 21 metr, dərinliyi 1,8 metrdən 4 metrə qədərdir. Hovuz su üzrə müasir təmizləyici, suyun isidilməsi və dalğa yaradan simulyativ sistemlərlə təchiz edilmişdir. Burada 16 nəfərlik tanker tipli qravitasiya qayığı, “Vikinq” tipli endirilən və atılan sallar, eləcə də “PSN-6” tipli aviasiya salı quraşdırılıb. Hovuzda həmçinin, təlim-məşqlər zamanı insanların su üzərindən qaldırılmasını təmin etmək üçün vertolyot bucurqadı, vertolyotun qəzaya uğrayaraq suya düşməsi zamanı insanların xilas edilməsi üsullarını məşq etmək üçün simulyativ vertolyot trenajoru, tramplinlər, elektrik mühərriki və avarlarla təchiz edilmiş rezin qayıq quraşdırılıb.
Hovuzun açılış mərasimində müasir trenajorlardan və avadanlıqlardan istifadə etməklə fövqəladə hallar zamanı insanların xilas edilməsinin bəzi epizodları əyani şəkildə nümayiş etdirilib.
Qeyd edilib ki, təlim mərkəzində əsasən, fövqəladə hallar zamanı davranış qaydaları, xilasetmə vasitələrindən düzgün istifadə etmək vərdişləri, neftçilərə və dənizçilərə zədə almadan suya düzgün tullanma qaydaları öyrədilir. Tədbirdə həmin trenajorda məşqlərin, eləcə də sualtı qaynağın həyata keçirilməsi epizodları nümayiş etdirilib.
Məlumat verilib ki, dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi müxtəlif vaxtlarda, müxtəlif qurumların tərkibində fəaliyyət göstərib. ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində isə 2011-ci ildən fəaliyyətə başlayıb. 2012-ci ildə həmin Təlim Mərkəzində 8150 nəfər təlim və məşq keçib. Hər bir dinləyici Dövlət Dəniz Administrasiyası tərəfindən Beynəlxalq Dəniz Təşkilatının tanıdığı beynəlxalq sertifikatlarla təmin olunub. Mərkəzin sualtı qaynaq işlərinin aparılması üçün xüsusi texnika ilə təchiz edilməsi yaxın gələcəkdə qaynaqçıların və qaynağın keyfiyyətini yoxlayanların daha da səmərəli hazırlanması üçün imkanları daha da genişləndirməyə şərait yaradacaq. Bu istiqamətdə Böyük Britaniyanın Kembric Universiteti ilə əməkdaşlıq qurulması nəzərdə tutulur. R.Abdullayev bildirib ki, hər il bu təlim mərkəzində neft-qaz təhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində yalnız ARDNŞ-in 12 mindən çox əməkdaşı təlim keçəcək. Onun sözlərinə görə, «BP-Azerbaijan» şirkəti ilə bağlanılmış müqaviləyə görə, burada bu şirkətin də 1200-1300 nəfər neft-qaz əməliyyatlarını həyata keçirən və dənizdə xilasediciləri də təlim keçəcək: «Digər neft şirkətlərinin əməliyyat işçilərinin və Fövqəladə Hallar Nazirliyinin dənizdə və quruda xilasedicilərini də nəzərə alsaq, hər il burada 20 min nəfərə təhlükəsizliklə bağlı təlim keçməyə imkan verəcək. Bu bizə gələcəkdə istehsalatda təhlükəsizliyinin qorunmasını təmin edəcək». R.Abdullayev vurğulayıb ki, artıq Qazaxıstanın “Kazmunayqaz” şirkəti ilə də danışıqlar aparılır. Gələcəkdə bu şirkətin də əməliyyat işçiləri üçün ARDNŞ-in Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin yeni hovuzunda təlim keçməyə imkan yaradılacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info