Gənc sahibkarların beynəlxalq şəbəkəsi təsis olunub
Tarix: 10.12.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


İstanbulda “Böyük İpək yolu” Beynəlxalq Gənclər İttifaqının təşəbbüsü ilə tarixi İpək yolu üzərində yerləşmiş 25 ölkədən gəlmiş gənc iş adamlarının iştirakı ilə “Gənc sahibkarlar şəbəkəsi” təsis olunub.
Gənclər İttifaqının mətbuat xidmətindən bildiriblər ki, tədbirdə qurumun sədri, Milli Məclisin deputatı Fuad Muradov, Türkiyə gənclər və idman nazirinin müşaviri Ömər Faruk, Prezident yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Türkiyənin gənc sahibkarlarını birləşdirən Müstəqil Sənayeçilər və İş Adamları” (Gənc MÜSİAD) təşkilatının vitse-prezidenti Yavuz Fattahoğlu iştirak ediblər.
Tədbirdə çıxış edən Fuad Muradov şəbəkənin yaranma səbəbləri barədə danışıb. Deputat qeyd edib ki, bu şəbəkə tarixi İpək yolu üzərində yerləşən ölkələrin gənc sahibkarları arasında əlaqələrin yaranması və birgə fəaliyyəti üçün stimul olacaq. Gənc iş adamları şəbəkə daxilində fikir mübadiləsi apara, yeni biznes layihələri ilə bağlı əməkdaşlıq imkanlarını qazana biləcəklər.
Türkiyənin gənclər və idman nazirinin müşaviri Ömər Faruk İpək yolu ölkələrinin gənc iş adamlarını birləşdirən belə şəbəkənin yaradılmasını dəstəklədiklərini deyərək bildirib ki, bu təşəbbüs yeni əməkdaşlıq imkanlarının yaradılmasına rəvac verəcək.
Gənclər Fondunun bölmə müdiri Orxan Ərəbov şəbəkəyə üzv olan ölkələrdə yaşayan gənc iş adamlarına birgə biznes və digər fəaliyyətdə qarşılıqlı əməkdaşlıq üçün şərait yaradıldığını vurğulayıb. “Gənc MÜSİAD”ın vitse-prezidenti Yavuz Fəttahoğlu isə şəbəkənin gənc sahibkarların əlaqələrinin qurulması üçün gözəl fürsət kimi qiymətləndirib.
Daha sonra İpək yolu üzərində yerləşən 25 ölkədən gəlmiş gənc iş adamlarının iştirakı ilə şəbəkənin idarə heyəti yaradılmışdır. İdarə heyətinə Ukrayna, Rumıniya, İordaniya, İsrail, Banqladeş və Hindistanı təmsil edən gənc iş adamları daxil olub.
Toplantıda şəbəkənin yeni veb-saytı təqdim olunub və 2014-cü il üçün fəaliyyət planı təsdiqlənib. Aparılan müzakirələrdən sonra şəbəkənin rəsmi qeydiyyat məsələsinin həlli və hər bir üzv ölkədə “beyin mərkəzlərinin” yaradılması qərara alınıb.
İstanbulda, həmçinin şəbəkənin yaradılması ilə bağlı İslam Ölkələrinin Gənc Sahibkarlar Təşkilatı və “Gənc MÜSAİD” üçün “İpək Yolu gənc sahibkarlar şəbəkə”sinin təqdimatı keçirilib. Qeyd edək ki, İpək yolu ölkələrinin “Gənc sahibkarlar şəbəkəsi” “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının, “Gənc MÜSİAD”-in və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə yaradılıb.





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info