“Bakıya hər gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oluram”
Tarix: 10.12.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Toktoqaziyev Temirbek: “Biz qırğızlar hər zaman Azərbaycan xalqı ilə yaxın münasibətlərdə olmuşuq və bu dostluğumuz
əbədi olacaq”


Müsahibimiz Qırğız Respublikasının “Manas Janırıqı” teleradio şirkətinin baş direktoru Toktoqaziyev Temirbek Şükürbekoviçdir. Ötən həftə paytaxt Bakının qonağı olan Temirbek Toktoqaziyev iştirakçısı olduğu UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasının mövzusu ətrafında fikirlərini və Bakı haqqında təəssüratlarını bizimlə bölüşüb:
-Bakının ev sahibliyi etdiyi sessiyayla bağlı nələr deyə bilərsiniz?
- İlk onu qeyd edim ki, UNESCO dövlətlərarası tədbirlər keçirən, dünya xalqları arasında birlik yaradan ümumi orqandır. 1995-ci ildə də qırğız eposu olan “Manas” dastanının 1000 illik yubileyi də UNESCO-nun xətti ilə qeyd olunub. Beləliklə, UNESCO dünya ölkələri arasında bütün xalqları birləşdirən geniş tədbirləri həyata keçirdir. Bu il Azərbaycanda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasında Qırğızıstan və Azərbaycan üçün dəyərli olan mədəniyyət nümunələri qeydə alındı. Sessiya çox yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan Prezidenti və xanımının dəstəyini də unutmaq olmaz. Çünki bu sessiya Prezidentin xüsusi diqqəti və Heydər Əliyev Fondunun böyük dəstəyi ilə həyata keçirildi.
Sessiyada iştirak etdiyim dörd gün ərzində şahid oldum ki, sessiya keçirilən zal iştirakçılar ilə tamamilə dolu idi. Bu da sessiyanın maraqlı olduğunu və yüksək səviyyədə təşkil edildiyini göstərir. Sessiyada həmçinin, bizim xalqın mədəni dəyəri olan “Manas” dastanı UNESCO tərəfindən qiymətləndirildi və UNESCO-nun mədəni irs siyahısına daxil edildi. Bu, bizi çox sevindirdi. Hesab edirəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu tədbir ölkəniz üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan və Qırğızıstan xalqı arasında da əlaqələr son 5 il ərzində daha da güclənib. Son illərdə isə biz qardaş ölkə olaraq bir-birimizlə əlaqələr yaradırıq, tədbirlər keçiririk. Mən burada Azərbaycan Yazıçılar Birliyində bir sıra görüşlər keçirdim. Anar və Çingiz Abdullayevlə görüş mənim üçün qürur idi. Gələn ilin mart ayında isə ölkəmizdə Xalq yazıçısı Anarın 75 illik yubileyini qeyd edəcəyik. Bu da bizim ölkələrarası əlaqələrimiz üçün müsbət cəhətdir. Bu ilin dekabr ayında da Xalq yazıçımız Çingiz Aytmatovun yubileyi qeyd olunacaq. Bu da bizim dövlətlərarası münasibətin möhkəmlənməsi yolunda müsbət nəticədir.
- Qırğız və Azərbaycan xalqının mədəni əlaqələri haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz ki, qırğız və Azərbaycan xalqlarının kökü eynidir. Dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəni əlaqələrimiz əzəldən birdir. Bizim kökümüzün birliyi oğuz türklərindən başlayır, bu gün də dövlətlərimiz arasında əlaqə uğurla inkişaf edir. Qırğızıstanda Azərbaycan mədəniyyət günləri, Azərbaycanda isə Qırğızıstan mədəniyyət günlərinin keçirilməsi də buna əyani sübutdur. Bu, əlbəttə ki, bizim güclü əlaqələrimizi göstərir. Necə ki, siz Azərbaycan xalqının övladı olaraq qardaşınızdan, qırğız xalqının oğlundan müsahibə alırsınız. Bu da mədəni əlaqələrimizin bariz nümunəsidir. Biz hər zaman Azərbaycan xalqı ilə yaxın münasibətlərdə olmuşuq və bu dostluğumuz əbədi olacaq.
-“Manas janırıqı” teleradio kanalı Azərbaycanın telekanalları ilə birgə layihələr həyata keçirə bilərmi?
- İnşallah. Mən keçən il Bakıya gələndə Türkiyənin “Samanyolu” telekanalının rəhbəri ilə görüşdüm və bir layihə üzərində çalışdıq. Ancaq Azərbaycan telekananllarının rəhbərləri ilə hələ tanış deyiləm. Ona görə də birgə layihələr hələ nəzərdə tutulmur. Lakin gələcəkdə ola bilsin ki, birgə layihələr həyata keçirək. Bunu zaman göstərər.
- Şəhərimiz haqqında təəssüratlarınız necədir?
- Çox gözəl təəssüratlar bağışladı. Lakin bu mənim Bakıya ilk gəlişim deyil. Mən ilk dəfə 1986-cı ildə Bakıda olmuşam. O zamandan sonra mən tez-tez Bakıya səfər etdim. Bakıya hər gəldiyimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oluram. Ötən dövrlərin Bakısı ilə indikini müqayisə edəndə müasir Bakı daha gözəl və cazibədardır. Hər səfərimdə olduğu kimi bu səfərimdə də gözəl insanlarla tanış oldum. Ölkə haqqında yaranan ilk təəssürat isə insanların bir-birinə olan xoş münasibətləridir. Ölkənizə qonaq gələn bir çox xalqların nümayəndələrinə də, qardaş xalqların nümayəndələrinə də çox gözəl münasibət göstərirsiniz. Ona görə də düşünürəm ki, bizim xalqlar arasında olan əlaqələr daha da inkişaf etdirilərək gələcək nəsillərə ötürülməlidir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info