Tələbələr təhsillərini xaricdə davam etdirə biləcəklər
Tarix: 10.12.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Tələbə mübadiləsi müasir təhsilin prioritet istiqamətidir” mövzusunda konfrans keçirilib. Konfransı universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, tələbələrin xaricdə təhsil alması, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində universitetin qazandığı nailiyyətlərdən, çoxillik təcrübəsindən bəhs edib.
Rektor bildirib ki, dünyanın tanınmış universitetləri ilə beynəlxalq əlaqələrini genişləndirən universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində bir neçə tələbə müxtəlif ölkələrin ali təhsil ocaqlarında bakalavr təhsillərini davam etdirir, 2 nəfər doktorant isə Santyaqo-De-Kompostela universitetində oxuyur. Beynəlxalq təhsil proqramlarına qoşulmaqda məqsəd ali təhsil qurumları arasında əməkdaşlığı inkişaf etdirmək, qlobal səviyyədə ölkələr arasında maddi və mənəvi mədəniyyəti paylaşmaqdır. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov “Erasmus +” və yeni imkanlar” məruzəsində məlumat verib ki, 6 müxtəlif proqramı əvəz edəcək “Erasmus +” proqramı “Şərq tərəfdaşlığı” ölkələri universitetlərinin tələbə və əməkdaşlarının Avropada təhsil almaq və ya təlim keçmək imkanlarını daha da genişləndirəcək. 150 tərəfdaş ölkəni birləşdirəcək bu proqrama beynəlxalq əməkdaşlıq üçün 3 milyard avro vəsait ayrılıb. Beynəlxalq əlaqələr üzrə prorektor 2014-20-ci illəri əhatə edəcək “Erasmus +” proqramının prinsipləri haqqında məlumat verərək qabiliyyətlərin inkişaf etdirilməsi, kredit və dərəcə mobilliyi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Jean Monnet fəaliyyət proqramı, kadr potensialının gücləndirilməsi kimi əsas fəaliyyət istiqamətlərindən danışıb. Erasmus Mundus layihəsinin koordinatoru, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Erasmus Mundus (HUMERİA) proqramının imkanları və perspektivləri” ilə bağlı məruzə edərək qeyd edib ki, Erasmus-Mundus Avropa Birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramıdır. Konfrans iştirakçıları proqrama qoşulan əməkdaş ölkələr, mübadilə müddəti, tələbələrin iştirak etmək hüquqları barədə məlumatlandırılıb. Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı ilə bağlı layihə üzrə əlaqələndirici Kamran Vəlizadə məruzə edib. Qeyd olunub ki, Tİbb fakültəsinin interna tələbələri və I kurs bakalavrlar istisna olmaqla universitetin bütün müəllimləri , bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan tələbələr müraciət edə bilərlər. Məruzəçi proqrama qoşulmaq şərtləri, təhsil müddəti barədə məlumatları diqqətə çatdırıb.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info