İnsan haqlarının qorunmasında əsas amillərdən biri əhalinin maarifləndirilməsidir
Tarix: 10.12.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Antonius Bruk: “BMT insan hüquqlarının qorunması
istiqamətində Azərbaycanı dəstəkləməyə hazırdır”


10 dekabr- Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir. BMT Baş katibi Pan Gi Mun bu gün münasibətilə müraciət edib. Müraciətdə bildirilir ki, İnsan Hüquqları Günü Baş Assambleya tərəfindən qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ildönümünü qeyd edir. 800-dən artıq qeyri-hökumət təşkilatının, milli qurumların, saziş tərəfləri və elmi-tədqiqat mərkəzlərinin iştirakından bəhrələnən üzv-dövlətlər İnsan Hüquqları üzrə Ali Komissarlığını (BMT İHAK) təsis edib. İnsan hüquqlarının təşviqi BMT-nin təməl məqsədlərindən biridir və təşkilat təsis olunduğu gündən bu missiyasını davam etdirib. Qarşıdan gələn fəlakətlərin qarşısının alınması və onlara cavab verilməsi üçün BMT sisteminin təkmilləşdirilməsi yeni bir təşəbbüsün - İlk Növbədə Hüquqlar naminə Fəaliyyət Planının kökündə durur. Baş katib İnsan Hüquqları Günündə Dövlətləri Vyana Konfransında verdiyi vədləri həyata keçirməyə çağırır.
Qeyd edək ki, ölkəmizdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən bir sıra tədbirlər keçirilib.
Belə tədbirlərdən biri də dünən Ombudsman Aparatında 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü və BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr olunan "İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda konfrans oldu.
Konfransda çıxış edən ombudsman Elmira Süleymanova bu günün əhəmiyyətliliyindən danışaraq bildirdi ki, ilk dəfə Şərq ölkələri arasında ölüm hökmü Azərbaycanda ləğv edilib: "İnsan hüquqlarının qorunması üçün Azərbaycanda atılan əsas addımlardan biri də bu olub”. Əhalinin maarifləndirilməsinin insan haqlarının qorunmasında əsas amillərdən biri olduğunu söyləyən ombudsman bildirdi ki, hazırda orta məktəblərdə uşaq hüquqlarının qorunması ilə bağlı dərslər keçirilir, uşaqlara hüquqları öyrədilir: "O cümlədən universitetlərdə də bu maarifləndirmə işləri aparılır”. E. Süleymanova qeyd etdi ki, cari il ölkəmiz və Azərbaycan xalqı üçün çox mühüm il olub. Onun sözlərinə görə, bu il ölkədə keçirilən Prezident seçkilərində xalqımız bir daha öz iradəsini ortaya qoyub. 10 dekabr tarixinin dünyada önəmli gün kimi qeyd edildiyini deyən ombudsmanın sözlərinə görə, bu gün ölkəmizdə də çox geniş şəkildə qeyd edilir. Ombudsman həmçinin vurğuladı ki, BMT-nin bu istiqamətdə qəbul etdiyi mühüm Bəyənnaməsi var ki, artıq o sənəddən 65 il keçir. Ölkəmizə qarşı həyata keçirilən işğalçılıq siyasəti nəticəsində bir çox insanın hüquqlarının pozulduğunu deyən E. Süleymanova qeyd etdi ki, torpaqlarımızın 20 faizindən çoxunun erməni işğalçıları tərəfindən tutulması 1 milyondan çox insanın öz yuvalarından qaçqın və məcburi köçkün düşməsinə səbəb olub.
Ombudsman onu da bildirdi ki, bir çox ölkələrin parlamentində "Xocalı soyqırımı" faktının tanınması ilə bağlı sənədlər qəbul olunub və hazırda da bu proses aktiv şəkildə davam edir. O da vurğulandı ki, Xocalıda hüquqları pozulan insanların hüquqlarının bərpası istiqamətində mühüm addımlar atılır: “Ölkə rəhbərliyi istər işğal olunmuş ərazilərdə yaşayan insanların, istərsə də Xocalı soyqırımına məruz qalan vətəndaşların hüquqlarının qorunması ilə bağlı mühüm işlər görür. Görülən işlərin nəticəsidir ki, bir çox ölkələr Xocalı faciəsini soyqırımı kimi tanıyır və Ermənistanı qınayır”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek 1948-ci ildə qəbul olunmuş BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, beynəlxalq sənəd bu gün də öz aktuallığını itirməyib: “Azərbaycanın 2020: Gələcəyə baxış” konsepsiyası insan hüquqları ilə bağlı konsepsiyanın roluna cavab verir. Biz BMT olaraq buna çox şadıq".
A.Bruk qeyd etdi ki, BMT olaraq insan hüquqlarının qorunması istiqamətində Azərbaycanı dəstəkləməyə və ölkəmizdə bu istiqamətdə monitorinqlərin aparılmasına yardım etməyə hazırdır: “Bundan başqa, bu istiqamətdə yeni təkliflərin hazırlanmasında da yardımçı ola bilərik”. A.Bruk bildirdi ki, insan hüquqlarının pozulması halları ölkənin müxtəlif yerlərində baş verə bilər: “Ona görə də ölkədə mühafizə sistemi və vətəndaş cəmiyyətinin potensialının artırılmasına kömək etməliyik”.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın polis sistemində aparılan islahatlardan, insan hüquqlarının təmin olunmasında ədliyyə orqanlarının rolundan, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıqdan, insan hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin fəaliyyətindən bəhs olundu.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info