Yanukoviç danışıqlar üçün Brüsselə heyət göndərir
Tarix: 10.12.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Viktor Yanukoviç baş nazirin 1-ci müavini Sergey Arbuzovun rəhbərlik etdiyi nümayəndə heyətini Avropa Birliyi ilə danışıqlar aparmaq üçün Brüsselə göndərəcəyini bildirib.
V. Yanukoviç bunu sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ilə görüşündə deyib. “Böyük ehtimalla baş nazirin müavini Arbuzovun başçılığı ilə işçi qrup Brüsselə gedəcək və Ukrayna-Avropa Birliyi birgə işçi qrupu işə başlayacaq”. V.Yanukoviç ictimaiyyətin danışıqların gedişi barədə müntəzəm məlumatlandırılacağını söyləyib. O, assosiasiya sazişinin həm mənfi, həm də müsbət tərəflərinin olduğunu vurğulayıb: “Biz iqtisadiyyat üçün riskləri minimallaşdırmalıyıq. Proses şəffaf olmalıdır. Qarşılıqlı anlayışa nail olduqdan və kompromis əldə edildikdən sonra imza atılacaq”.
Ukrayna prezidenti hökumətin qarşısında bu prosesi sürətləndirmək və 2014-cü ilin martında keçiriləcək AB sammitinə qədər işi başa çatdırmaq vəzifəsi qoyduğunu açıqlayıb.
Müstəqillik meydanındakı hadisələrə toxunan V. Yanukoviç deyib ki, hüquq pozuntularına yol verənlər məsuliyyət daşımalıdır. O, saxlanılan fəalların bir qisminin azad olunacağını söyləyib.
Prezident artıq hüquq-mühafizə orqanlarında bəzi şəxslərin vəzifələrindən uzaqlaşdırıldığını da açıqlayıb. L. Kravçukun sivil ölkələrdə etirazçıların döyülmədiyi barədə replikasına dövlət başçısı “bəli, bəli, sözsüz” deyə reaksiya verib. V. Yanukoviç qeyd edib ki, hökumət binalarını mühasirəyə almaq istəyənləri Amerikada da dağıdardılar. O, ABŞ nümayəndələri ilə bu haqda müzakirə apardığını diqqətə çatdırıb: “Mən onlardan soruşdum ki, Ağ Ev barrikadalarla mühasirəyə alınsa, siz nə edərdiniz? Onlar cavab verdilər ki, əvvəla, buna imkan verilməzdi, ikincisi isə belə bir şey baş versə, bir dəqiqə ərzində mühasirə aradan qaldırılardı. Bu, yolverilməzdir. Dünyanın heç bir ölkəsində buna yol verilmir. İnqilaba, hakimiyyət dəyişikliyinə çağırışlar milli təhlükəsizliyə təhdiddir və bu da yolverilməzdir”. Bununla yanaşı, V. Yanukoviç mitinqçiləri öz həmfikirləri adlandırıb: “Mən dinc aksiyaya gələnlərin əksəriyyətini öz həmfikirlərim hesab edirəm. Onlar küçəyə çıxıb öz mövqelərini bildirmək hüququna malikdirlər. Daha sonra baş verən provokasiyalar və hüquq pozuntuları isə ona görə oldu ki, emosiyalar dözmür. Adətən çoxlu sayda insanın toplaşdığı yerlərdə belə hallar olur. Lakin bunlar bizim hamımıza dərs olmalıdır. Mən sərt reaksiyanın və ya insanları mühakimə etməyin tərəfdarı deyiləm. Hər iki tərəfdən günahkar olanlar var və burada barışıq nöqtəsini tapmaq lazımdır. Mən ölkədə baş verənlərə görə məsuliyyəti öz üzərimdən atmıram”. L. Kravçuk və L. Kuçma siyasi böhrandan çıxış yolunun baş nazirin istefası ola biləcəyinə işarə vurublar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info