“The National Interest”: “Müttəfiqlərin dinlənilməsi vacibdir”
Tarix: 10.12.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


“Amerika kəşfiyyatının Almaniya kansleri Angela Merkelin mobil telefonunu izləməsinin üzə çıxması böyük qalmaqal yaratmışdı. Bəziləri qeyd edirlər ki, Amerika həddini aşaraq ölkə daxili ilə yanaşı xaricində də qalmaqallı dinləmələr həyata keçirir. Konqresin bəzi üzvləri, nüfuzlu media orqanları tələb edirlər ki, müttəfiqlərdən casusluq edilməsi qadağan edilsin. Belə söhbətlər var ki, ABŞ prezidenti dinləmələrin bəzi formalarını qanunsuz elan edəcək”.
Bu fikirləri dərc edən Birləşmiş Ştatların “The National Interest” nəşri yazır ki, bu, səhv addım ola bilər. Qəzetdə dərc edilən məqalədə qeyd edilir ki, casusluq edilməsi çox vaxt xoş qarşılanmır: “Biz izləməni həyata keçirməliyik, amma onu gizli saxlamağı bacarmalıyıq. Ən azı izləmə prosesi xəbər kimi yayılmamalıdır. Birləşmiş Ştatlar müttəfiqlərdən kəşfiyyat məlumatlarının toplanmasına hazır olmalıdır. ABŞ hökuməti vətəndaşlarının təhlükəsizliyi, azadlığı və firavanlığı üçün xarici kəşfiyyatla məşğul olmalıdır. Müttəfiqlər haqqında informasiya çox vacibdir. Həmin ölkələrdə baş verən hadisələr sonradan ciddi şəkildə amerikalılara təsir göstərir. Amerikanın müttəfiqi olmaq o deməkdir ki, ABŞ vətəndaşları öz resursları, canları hesabına onların maraqlarını qoruyur. Əgər müttəfiqlər bizdən onları qorumağı xahiş edirlərsə, onda bizim də onların nə qərar qəbul edəcəyini bilmək haqqımız var. Müttəfiqlərimiz bizimlə son dərəcə açıq olsaydılar, onda başqa problemlər də meydana çıxmazdı. Amma bu, belə deyil və biz də buna görə özümüzü təhqir olunmuş saymamalıyıq. Heç bizim hökumətimiz də bu tələblərə cavab vermir. Konqres üzvləri tez-tez şikayət edirlər ki, icra orqanları bir çox informasiyanı onlardan gizlədir. Digər tərəfdən müttəfiqlərin bir-birinə qarşı səmimi olduqlarına inanmaq da lazım deyil. Müttəfiq olan dövlətlər müstəqil ölkələrdir və onların hər birinin öz marağı olur. Ona görə də elə hallar olur ki, ABŞ üçün müttəfiqlərin nə planladığını əvvəlcədən bilmək çox vacib olur. Bəzən olur ki, müttəfiqlərin özü lazımi informasiyaya sahib olmurlar və ya olsalar da onu bölüşmək istəmirlər. Belə olan halda ABŞ hökuməti nəinki həmin informasiyanı əldə etmək hüququna malikdir, hətta onu əldə etməyə borcludur”. Məqalədə qeyd edilir ki, Almaniya kanslerinin dinlənilməsi ilə bağlı hay-küyün qaldırılmasına ehtiyac yoxdur. Almaniya ABŞ-ın əsas müttəfiqlərindən biridir. Amma Almaniya bir çox məsələdə, o cümlədən İraqa qoşun yeridilməsində ABŞ-ın maraqlarının əleyhinə çıxış edib. Belə olan halda ABŞ üçün Almaniya hökumətinin nə düşündüyünü bilmək çox vacibdir: “Ona görə müttəfiqlərin dinlənilməsi vacibdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib
20.02.2019
Avstraliyadakı quraqlıq uşaqların psixi inkişafına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info